Cinsi əlaqə zamanı bir çox xəstəliklərə yoluxma hallarının mümkünlüyü çoxlarına məlumdur. Amma öpüş vasitəsilə hansısa yoluxucu xəstəliyə tutlmağın mümkünlüyü haqda çoxları bilmir.
Öpüşmə yolu ilə cinsi əlaqə zamanı ötürülən xəstəliklərə yoluxma ehtimalı minimumdur. Amma oral seks zamanı da ağız suyunun selikli qişada olan mikroçatlar vasitəsilə təması nəticəsində bir sıra xəstəliklərə yoluxma ehtimalı var.
Medicina.az həmin xəstəliklərin siyahısını təqdim edir:
•QİÇS – rəsmi olaraq tibb tarixində bir bu cür yoluxma hadisəsi qeydə alınıb. Ona görə də bu xəstəliyin ağız vasitəsilə yoluxması bir qədər şübhə doğurur.
•
Papilloma 2009-cu ildə bu virusun öpüş və oral seks vasitəsilə yoluxduğu təsdiqlənib.
•
Siflis – bu xəstəliyin oral seks vasitəsilə keçməsi faktının mümkünlüyü rədd edilmir. Amma yoluxma riski ağız və dodaq hissədə yara və çatların olduğu zaman mümkündür.
•
Süzənək – indiyə qədər tibb tarixində cəmi bir yoluxma qeydə alınıb. Partnyoru süzənək xəstəsi olan qadınln oral seksdən sonra bu xəstəliyə yoluxma şansı çox yüksəkdir.
Yuxarıda sadalanan təhlükəli və çətin sağalan cinsi yollarla ötürülən xəstəliklərdən əlavə, birbaşa ağız suyu vasitəsilə aşağıdakı digər xəstəliklərə yoluxmaq mümkündür:
•Epşteyn-Barra virusu (monokulyoz) – bu virus ağız vasitəsilə ötürütüldüyünə görə yoluxmuş şəxsin uşaqları öpməsi və immuniteti aşağı olan insanlarla öpüşməsi, eyni qab-qacaqdan istifadə etməsi yolverilməzdir.
•Sitomeqalovirus – risk qrupuna əsasən hamilə qadınlar daxildir. Buna görə də qadınlar hamilə qalmazdan əvvəl qanlarında bu infeksiyanın olub-olmadığını yoxlatmalıdırlar.
•Herpes – bu virus dodaqlarda özünü büruzə verdikdə daha təhlükəli hesab olunur. Belə ki, qeyri-aktiv vəziyyətdə dünya əhalisinin 90%-də bu virusa rast gəlinir.
•Helikobakter pilori – aşağı immunitetli və disbakteriozlu xəstələrin bu infeksiyaya yoluxma şansları daha çoxdur. Səbəb isə orqanizmin qoruyucu funksiyalarının aşağı olması və bakteriyaların patogen təsirlərinə qarşı müqavimət göstərməməsidir. Ona görə də bu infeksiyası olan şəxslər öpüşməzdən əvvəl mütləq immunitetlərini yüksəltməlidirlər.
Bütün bu sadalanan təhlükələrdən uzaq olmaq üçün ağız boşluğunun selikli qişası ilə təmasda olan əşyaları dezinfeksiya etməli, ağız boşluğunu furasilin, miromastin və s. kimi antiseptik maddələrlə yaxalamaq məsləhətdir.
Oxu24.com
ŞƏRHLƏR