Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104943
az

Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı

10:3827 Mart, 2024
494
  • A

ABŞ-ın Fred Hatçinson Xərçəng Mərkəzinin alimləri aşkar ediblər ki, ağız boşluğunda yaşayan "Fusobacterium nucleatum" bakteriyası bağırsaqlara keçərək aqressiv şişlərin əmələ gəlməsinə səbəb ola bilir. Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

OXU24.COM lent.az-a istinadən xəbər verir ki, tədqiqat zamanı alimlər kolorektal xərçəngi olan 200 xəstənin təqdim etdiyi şiş toxuması nümunələrini araşdırıblar. Daha sonra kolon xərçəngi olan və olmayan insanların nəcisinin bakterial tərkibi təhlil edilib. Məlum olub ki, kolon xərçəngi hallarında şiş strukturlarında müəyyən bir alt tipdə olan bakteriyalar daha çox aşkar edilib.

Xüsusilə, "Fusobacterium nucleatum"un olması kolorektal xərçəngin aqressiv formalarının inkişafı ilə əlaqələndirilib. Tərkibində "Fusobacterium nucleatum" olan kolorektal şişləri olan insanlar (təxminən 50% hallarda) bu bakteriyası olmayan xəstələrlə müqayisədə zəif sağalma və müalicə üçün daha pis proqnoza malikdirlər.

Alimlər qeyd ediblər ki, "Fusobacterium nucleatum" insanın ağız və burun boşluqlarında yaşayır. Şişləri zəbt edən bakteriya növü mədə turşusu ilə öldürülmədən mədə və bağırsaqlara keçməyə imkan verən xüsusi genetik qabiliyyətlərə malikdir. Bu bakteriyalar yoğun bağırsağa çatdıqda təhlükəli, sürətlə böyüyən şişlərin əmələ gəlməsinə səbəb ola bilirlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
Göbələk xəstəlikləri

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü