Qaynar xətt:

(+99450) 247 90 86

Faiq Ağayev: “Bu xəbəri efirdən özüm oxudum” - VİDEO

Faiq Ağayev: “Bu xəbəri efirdən özüm oxudum” - VİDEO

ŞOU-BİZNES

469

08.11.2023, 15:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xalq artisti Faiq Ağayev açıqlaması ilə gündəmə gəlib. 

OXU24.COM  bildriir ki, "Zəfər günü"nə həsr olunmuş "Elgiz izlə" ictimai-sosial proqramda qonaq olan sənətçi bildirib ki, İkinci Vətən müharibəsi zamanı bir sıra rayonlarımızın işğaldan azad olunması xəbərini tamaşaçılara canlı yayımda oxuyaraq, özü çatdırıb. 

"Heç bir müğənni həmkarım o faktı həyatında yaşamadı. Belə ki, İkinci Qarabağ müharibəsi bitməmiş qonşu kanalların birində efirdə idim. Verilişin canlı yayımına təcili xəbərlər gətirildi. O xəbərdə isə hansı rayon və kəndlər azad olunması yazılmışdı.

Xahiş elədim, o rəsmi məlumatı özüm oxudum. Xalqa o məlumatı televiziyada ilk mən çatdırdım. Bu isə mənim üçün həyatımda heç zaman yaddaşımdan silinməyəcək bir hadisə oldu", - deyə Faiq vurğulayıb.