Aygün Bəylərin xatirəsinə həsr olunan gecə: qızı etiraz etdi
22 Oktyabr 2026, 18:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1886
27.08.2022, 10:05
Onun sağlığında haqqında daha çox tənqid eşidilirdi, nəinki xoş sözlər, Himnimizin müəllifini bilməyən Xalq artisti, şunuirdaaşıyan və s. Bəs o öləndən sonra ortada nə qaldlı? Biri var idi, Səməd Səmədov.
Oxu24.com xəbər verir ki, Səməd Səmədov 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhərə köçüb. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi musiqi xadimləri ilə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin nəzəriyyə sinfinə daxil olur.
Hərbi xidmətdən qayıdan Səmədin qonşuluğunda yaşayan Zərifə adlı qızdan xoşu gəlir. On altı yaşı olan Zərifə ilə Səməd bir-birlərini sevirlər və ailə qurmaq qərarına gəlirlər. Ancaq ailələrinin etirazını görən Səməd Zərifəni qaçırdır. Onlar ailə qururlar. Bu evlilikdən cütlüyün Emin adlı oğlu doğulur.
Yeddi ildən sonra isə cütlük yollarını ayırır. Səməd Səmədov İradə adlı xanımla, Zərifə xanım isə başqa bir bəylə ailə həyatı qurur. Müğənninin ikinci evlilikdən bir qız, bir oğlu dünyaya gəlir.
Müğənni haqqında ən çox gəzən söz-söhbətlərdən biri belə idi: o, əvvəllər müğənni kimi yox, toy məclislərində müğənnilərin köməkçisi kimi işləyib, onların musiqi alətlərini daşıyıb. Bu iddianı ən çox dilə gətirən isə Əli Mirəliyev idi. Ancaq onun gənclik illərində toylarda mahnı ifa edərkən çəkdirdiyi şəkillər bu söhbətlərin əsassız olduğunu sübut edir.
Bir dəfə isə Səməd Səmədovu aparıcı efirdə biabır edir. Müğənni Azərbaycan dövlət himninin müəlliflərini tanımır. Bu söhbətdən sonra əleyhinə danışanlar və yazanlar daha da çoxalır. “Dövlət himninin bəstəkarını tanımayan Xalq artisti” adlı yazılar yayılmağa başlayır.
Müğənni karyerası boyu Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı ilə duetlər ifa edib. Onun ən uzunmüddətli dueti Sevda Əliqızı ilə olub.
24 iyul, 2021-ci ildə Səməd Səmədov 74 yaşında koronavirusa yoluxduğu bildirilir və gözlənilmədən müalicə aldığı xəstəxanada dünyasını dəyişir. Həmkarı Sevda Əliqızının sözlərinə görə, sənət dostları Cavanşir Məmmədov, Əli Mirəliyev və Ədalət Şükürovdan başqa heç kim müğənninin dəfninə gəlmir.
Onun ölümündən sonra Səməd Səmədovla ən çox mübahisəsi olan, onu müğənni hesab etmədiyini, Xalq artisti adının ona yaraşmadığını deyən müğənni Əli Mirəliyev Səməd Səmədov dünyasını dəyişəndən sonra açıqlama verərkən deyir:
“Onun sağlığında qədrini bilmədim. Səmədin ölümündən sonra bir müddət, ümumiyyətlə, efirlərə çıxmadım. Heç kimlə danışmadım, heç kimə heç nə demədim. Düz adam idi. Heç kimin etmədiyini etdi. Xəstəxanadan zəng edib deyib ki, mən ölürəm, behi qaytarın. Hansı müğənni onu edərdi?”
Müəllif: 1000production
13:47 / 23 Oktyabr 2026
18
13:45 / 23 Oktyabr 2026
21
13:31 / 23 Oktyabr 2026
86
13:26 / 23 Oktyabr 2026
45
13:25 / 23 Oktyabr 2026
43
13:21 / 23 Oktyabr 2026
61
13:11 / 23 Oktyabr 2026
62
13:09 / 23 Oktyabr 2026
68
13:02 / 23 Oktyabr 2026
63
12:57 / 23 Oktyabr 2026
68
12:52 / 23 Oktyabr 2026
119
12:51 / 23 Oktyabr 2026
62
12:49 / 23 Oktyabr 2026
71
12:45 / 23 Oktyabr 2026
66
12:42 / 23 Oktyabr 2026
61
12:34 / 23 Oktyabr 2026
888
12:20 / 23 Oktyabr 2026
80
12:18 / 23 Oktyabr 2026
82
12:15 / 23 Oktyabr 2026
145
12:13 / 23 Oktyabr 2026
94
12:10 / 23 Oktyabr 2026
74
12:07 / 23 Oktyabr 2026
434
12:00 / 23 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.