78 yaşlı müğənni 3-cü dəfə evləndi
04 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
574
11.01.2022, 17:53
Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə bağlı maraqlı fakt ortaya çıxıb.
OXU24.COM xəbər verir ki, Kərimin keçmiş xanımı Canana axşam.az-a açıqlamasında ona göndərilən mesajdan danışıb. O bildirib ki, Kərimin yanvarın 8-də bir müddət əvvəl nişanlandığı Aysel adlı xanımla nikahı olub:
"Mənə tanımadığım bir xanım mesaj yazdı. Bildirdi ki, Kərim artıq evlənib. Mətanət xanım yalan danışmasın ki, nişan, elçilik yalandır. Böyük toy olmayıb. Mən deyəndə ki, onlar məni çoxdan boşamaq istəyirdilər, heç kim inanmırdı. Axırda mən özüm bezib boşandım. Uşaqlarımı geri versinlər, məndən uzaq olsunlar".
Digər bir maraqlı məqam isə Kərimlə bağlı sosial şəbəkədə edilən paylaşım olub. Belə ki, ad olmayan bir səhifə Kərim və həyat yoldaşı Ayselin fotolarını yayıb.
Paylaşımda "Kişilər necə də ümid verib başqasıyla evlənə bilir. Ayın 1-də gəlib mənə ümid ver, sonra 8-də eşit ki, evlənib. Qız da yanında. Heç olmasa Allahdan qorxardın. Məni gözüyaşlı qoyub. Göz yaşımla xoşbəxt ola bilmərsən, Kərim bəy" sözlərini yazıb.
Qeyd edək ki, Kərim və Canana ötən il boşanıb. Onların 3 övladı atada qalıb. Kərimin ötən ay nişanlanma xəbəri çıxıb. Canana isə apelyasiya məhkəməsinə müraciət edərək, uşaqlarını geri almağa çalışır. Məhkəmə yanvarın 25-də planlaşdırılıb.




15:55 / 05 Noyabr 2026
138
15:46 / 05 Noyabr 2026
49
15:31 / 05 Noyabr 2026
121
15:25 / 05 Noyabr 2026
93
15:10 / 05 Noyabr 2026
76
14:57 / 05 Noyabr 2026
149
14:50 / 05 Noyabr 2026
124
14:48 / 05 Noyabr 2026
114
14:44 / 05 Noyabr 2026
93
14:41 / 05 Noyabr 2026
125
14:36 / 05 Noyabr 2026
100
14:25 / 05 Noyabr 2026
136
14:24 / 05 Noyabr 2026
124
14:18 / 05 Noyabr 2026
300
14:08 / 05 Noyabr 2026
153
14:01 / 05 Noyabr 2026
110
13:48 / 05 Noyabr 2026
1328
13:41 / 05 Noyabr 2026
120
13:20 / 05 Noyabr 2026
179
13:12 / 05 Noyabr 2026
188
13:02 / 05 Noyabr 2026
429
13:00 / 05 Noyabr 2026
228
12:56 / 05 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.