Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5985
az

Xəyyamla Röya arasında nə baş verir? - Rusiyadakı toylara də təsir edəcək

15:2410 Oktyabr, 2018
889
  • A
 Uzun illərdir ki, dostluq edən, duet oxuyan əməkdar artist Röya Ayxanla müğənni Xəyyam Nisanovun dostluğunun pozulması barədə xəbər yayılıb. İddia olunur ki, bu küsülülük toy bazarına da öz təsirini göstərib.  News24.az saytı yazıb ki, Rusiyada xeyli  toyları olan və həmkarlarını məclislərə dəvət edən Nisanov baş verən soyuqluqdan sonra Röyanı o siyahıdan çıxarıb. Onu Sevil və Sevinc Səfərovaları əvəz edib.

“Qafqazinfo” məsələ ilə bağlı əməkdar artistin prodüseri Vüsal Rzayevlə əlaqə saxlayıb.  O, Röyayla Xəyyam arasında incikliyin baş verdiyini təsdiqləyib:

“Xəyyam Nisanov Rusiyada baş tutacaq toy sahiblərinə mənim nömrəmi verib, onlar da əlaqə saxlayırlar. Xəyyam da bunu təsdiqləyə bilər. Ondan belə şey gözləmərəm ki, toy siyahısından Röyanın adını çıxartsın. Heç vaxt belə şey ola bilməz. Bir neçə gün bundan qabaq toyla bağlı yenə əlaqə saxlamışıq, dedi ki, nömrəmizi verib, zəng vuracaqlar. Həmin məclisi Xəyyam idarə edəcək.  Düzdü, arada inciklik var. Xəyyam elə insandır ki, dosta görə hər şeyi edər”.



Xəyyam Nisanov da “Qafqazinfo”ya açıqlamasında mövzuya belə reaksiya verib.  Müğənni də R. Ayxanla küsülü olduğunu etiraf edib:

“Gülməli bir məsələdir. Röyanın bizim qəlbimizdə öz yeri var, başqalarının da həmçinin! Heç kim heç kimin yerini tuta bilməz. Həm Bakı, həm də başqa yerlərdə tez-tez tədbirlərdə iştirak edirik. Demək olar ki, hər gün bir yerdə tədbirdəyik.  Küsülü olsaq da, uzun çəkməyəcək. İnsanın ürəyi təmiz olsun, qalanları boş şeylərdir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır
Tanınmış aktyora ağır itki üz verdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi