Oxu24.com axşam.az-a istinadən bildirir ki, xərçəngdən əziyyət çəkən aktrisanın özü ilə yanaşı, həyat yoldaşı Röyal da tənqid hədəfi olub. Röyal sosial şəbəkədə paylaşım edərək, tənqidlərə belə reaksiya verib:
"Dünyaya gələndən bizə ilk deyilən sözlər bunu etmə qonşudan ayıbdır, qısa geyinmə el-oba nə deyər, saçlarını uzatma millət yaxşı deməz. Xoşbəxt deyilsənsə, əsla boşanıb ata evinə getmə, nəslimizin adını yerə salma. Döyülsən də, söyülsən də çürü öz evində. Biz uşaqlıqdan öz həyatımızı yaşaya bilmədik. Hansısa xanım küçədə avtomobil idarə edəndə "bunun saxladığı alıb" deyirlər. Məgər avtomobil almaq çətindir? Deməyim odur ki, bəsdir onun-bunun həyatını yaşadıq, maraqlandıq. Başqalarının həyatı ilə maraqlandığınız vaxtı ailənizə, sevdiklərinizə ayırın. Həyat çox qısadır. İnsanlar onsuz hər zaman nəsə tapacaq danışmağa.
Həzrəti Məhəmməd Peyğəmbərimiz deyir ki, o insanlara cavab vermə, onlardan uzaq dur. O insanlardan qorx ki, itiriləsi heç nələri yoxdur. Adları, əxlaqları və ailələri...
Bəzən susmalı olursan. Bu susmağınla necə iradəli olduğunu sübut edirsən. Pislik etməyə nə var ki. Çox asandır, biz çətin olanı edək. Bizə də pislik edənə yaxşılıq edək ki, özləri utansın".
Qeyd edək ki, T.Əliyeva xəstəliyi ilə əlaqədar bir il çalışa bilməyəcəyini deyib. O, hər ay evinin kreditini ödəyə bilmədiyini açıqlayıb. Aktrisa insanlardan yardım istəyib. Oxu24.com
ŞƏRHLƏR