Qaynar xətt:

(+99450) 247 90 86

"O qədər tənhayam ki, hər gecə ölürəm"

\\\"O qədər tənhayam ki, hər gecə ölürəm\\\"

ŞOU-BİZNES

2048

23.04.2021, 18:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Mətanət Əsədova Azad Azərbaycan televiziyasında qonaq olub.

Oxu24.com teleqraf.com-a istinadla xəbər verir ki, Mətanət Əsədova şəxsi həyatı haqqında danışıb.

"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi", - deyə o bildirib.

Müğənni ailə qurmaq istəyini də dilə gətirib: "Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır".