Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5295
az

"Ayrılığın dəhşətli olduğunu hiss edirəm, hər gün ağlıyıram" - Xoşqədəm

12:5317 Sentyabr, 2018
1179
ŞOU-BİZNES
  • A
Bir az olar ki, Bakıya endim. Hər dəfə Bakıya qayıdanda düşünürəm ki, sanki doğulduğum Ağdərəyə gedəcəm. Hərdən bir quş olub doğulduğum yurda getmək, Seyid Məmməd babamın, qardaşım Talehin məzarını ziyarət etmək, evimizin önündəki o gözəl ətirli qızıl güllərimin hələ də qalıb-qalmadığını bilmək istəyirəm.
Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb. Atası və oğlunun şəklini yayımlayan X.Hidayətqızı işğal altında olan Ağdərə ilə bağlı təəssüratlarını bölüşüb:

"Düşmən kəndimizi işğal edəndə maşından düşüb geriyə, evimizə qaçan itimizin - Bobikin hələ də həyətimizdə bizi gözlədiyini düşünürəm... Mən hər gün o yerləri, yurdumuzu düşünüb ağlayıram.

Rəbbimdən tək diləyim heç olmasa babalarımın, qardaşımın yatdığı məzarlıqda basdırılmağı mənə nəsib etməsidir. Nə qədər iztirablıymış doğulduğun yerə həsrət qalmaq. Bu ayrılığın nə qədər dəhşətli olduğunu hər yaşımın üstünə yaş gəldikcə daha çox hiss edirəm.

Görün indi ata, anam, o yaşda olan insanlar nə çəkir. Rəbbim bizə o torpaqlarda yaşamağı, ölməyi nəsib etsin". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayev məhkəmədən kənarda nələr dedi? - VİDEO - FOTO
Natavan Həbibi bacısını axtarır
Aynişan yenidən ora getmək istəyir -FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO