Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
5259
az

"3 yerdə evi var, niyə anasına sahib çıxmır?” - Tacir Şahmalıoğlunun dayısı

18:0215 Sentyabr, 2018
1472
ŞOU-BİZNES
  • A
Tanınmış müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyevanın yaşadığı mənzildən çıxarıldığı haqda xəbər yayılıb. Qeyd edilir ki, uzun müddətdir məcburi köçkün kimi özgəsinin mənzilini zəbt etmiş Südabə Allahverdiyevaya məhkəmə icraçıları xəbərdarlıq ediblər.  Çünki Yasamal Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Qəribədir ki, maddi imkanları və mənzil şəraiti çoxları ilə müqayisədə daha yaxşı olan müğənni Tacir Şahmalıoğlu anası ilə bağlı məsələni susqunluqla müşahidə edir. Onun öz anasını yanında saxlamağa imkanı və yeri yoxdurmu?

Oxu24.com modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Tacir Şahmalıoğlunun dayısı Nurəddin Əliyev danışıb.

Sənətçinin dayısı Nurəddin Əliyev bacısı oğlunun bu hərəkətindən narazılıq edib:

"Tacirin Bakıda üç evi var. O bizi biabır edir. Nə olar ki, öz anandır də, onu apar yanına, qoy ağbirçək vaxtında rahat yaşasın. Hazırda bacımın yaşadığı ev bir otaqlıdır.

Tacir imkansız deyil, qeyd etdiyim kimi, şəhərin müxtəlif yerlərində bir-birindən yaxşı 3 evi var. Mənim mövqeyim odur ki, Tacir heç kimə müraciət etməməlidir, anasını aparmalıdı yanına. Onun keçmiş Razin, indiki Bakıxanov qəsəbəsində villası da var. Tacir niyə utanmır? Niyə belə imkanları olan şəxsin anası "Qaçqınkom"a müraciət etməlidir? Tacir öz anasının yaşaması üçün şərait yaratmalıdır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağadadaş Ağayev məhkəmədən kənarda nələr dedi? - VİDEO - FOTO
Natavan Həbibi bacısını axtarır
Aynişan yenidən ora getmək istəyir -FOTO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO