Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46177
az

Deputat: “Rəmişlə əlaqə saxladım, dedi, ay brat...”

19:4009 Yanvar, 2021
3158
ŞOU-BİZNES
  • A

Neçə gündü mətbuat, xüsusilə saytlar və sosial şəbəkədə Rəmişin elə şəkillərini təqdim edirlər ki, hansı ki bu şəkillər çoxdan çəkilib.

Rəmiş nasazlayıb, amma koronavirus deyil. Və Rəmişin 76 yaşı var. O qədər də az yaş deyil. Özü də Rəmiş kimi qeyri-adi həyat keçirən adamın, çox şey yazmıram, bu qədər yaşaması Allahın ona lütfüdür, Allahın onun barmaqlarına sevgisidi. Azərbaycanda 3 virtuoz var. Onun biri Vaqif Mustafazadədir, biri Rafiq Babayevdir, biri də Rəmişdir.

 

Rəmiş heç vaxt barmaqlarını gitaranın pərdələrinə vurmayıb, həmişə bu xalqın ürəyinə, qəlbinə vurub. Rəmişin barmaqları qanımıza işləyib.

Mən həmişə yazmışam: Rəmiş nə atadır, nə anadır, nə bacıdır, nə qardaşdır, nə dostdur, nə vətəndaşdır, nə ağdamlıdır, nə insandır. Rəmiş bir mələkdir, şeytandır, iblisdir nədirsə bir şeydir.

 

Rəmiş Rəmişdi. Allah ona hər şey verib, bir ağıldan başqa. Ağılı da neynir ey, Rəmiş bizdə ağlı ilə yox, barmaqları ilə, ürəyi ilə sevgi yaradıb.

 

İndi sosial şəbəkələrdə, saytlarda yazırlar ki, Rəmiş ölüm ayağındadı və ölüm ayağında Ağdamı görmək istəyir.

Dostlar, xahiş edirəm insanların ürəyinin incə telləri ilə oynamayın. Onun müəyyən şəkillərini paylaşmayın, o şəkilləri ki az qala iki il bundan əvvəl çəkilib.

Xoşqədəm xanım Rəmişin müalicəsi üçün əlindən gələni əsirgəməyib. Rəmiş bu gün yaşayırsa, vaxtilə Salyan rayon Polis Şöbəsinin rəisi işləmiş Toğrul Rəhimova borcludur. Rəmişin ən ağır vaxtlarında ona sahib çıxdı,yoxsa Rəmiş çoxdan... Bu gün Toğrul Rəhimov özü koronovirusdan müalicə olunur, şükürlər olsun ki, vəziyyəti yaxşıdı.

 

Yetimə can-can deyən çox olar, amma Rəmiş yetim deyil. Rəmişin atası Abdal Hüseyn Ağdamın ən varlı kişilərindən biri olub. Rəmişin qardaşı Vaqif Hüseynov bu gün də Qarabağın seçmə oğullarından biridi.

 

Düzdür, küsülüdürlər, amma Rəmişin başına bir iş gələrsə Vaqif Hüseynov qardaşından ötəri bütün var-dövlətindən keçər. Çünki o elə bir kişinin oğludur və özü də kişi oğlu kişidir. Küsülülük öz yerində, qardaşlıq öz yerində. Küsülüyün səbəbini bilirəm, amma bunu yazmağa ehtiyac yoxdur. Ən azı onu bilirəm ki, Vaqif haqlıdır.

Rəmişin son durumundan reytinq qazanmaq istəyən saytlardan, eləcə də sosial şəbəkə qəhrəmanlarından bir istəyim var ki, bir özü ilə, ya xanımı Gülü ilə əlaqə saxlayın, vəziyyəti dəqiqləşdirin. Ən əsası odur ki, Rəmiş koronavirus deyil. İkincisi, Rəmiş həyatı keçirib, 76 il yaşamaq qəhrəmanlıqdı.

Rəmişin dostlarını da, Rəmişsevərləri də qınamayın. Onlar hər gün Rəmişlə maraqlanırlar. Rəmiş ömrü boyu kəfəni yırtan adam olub. İndi bir az nasazdır, bu kəfəni də yırtacaq.

 

Rəmiş Ağdama və doğulduğu Gülablı kəndinə ayaq üstə gedəcək və orda ən çox sevdiyi «Segah»ı çalacaq.

Bu yazını yazmamışdan əvvəl Rəmişlə əlaqə saxladım. Dedi, ay brat, qoysunlar öldüyüm yerdə ölüm də, məndən nə istəyirlər?!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Damla, Günay, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım” - Könül Kərimova

Əməkdar artist onları polisə verəcək
Yəhudi əsilli iş adamı azərbaycanlı müğənniyə evlilik təklifi etdi -FOTO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video