Qaynar xətt:

(+99450) 247 90 86

Xalq artisti vəfat edib

2018-07/1532966916_1531934380_5yfnlziaxq8yeezgqxpfgjz0xtrcpg-0-0-0.jpg

ŞOU-BİZNES

1319

30.07.2018, 20:09

\"\" Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın əməkdar incəsənət xadimi bəstəkar Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
Oxu24.com xəbər verir ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.\"\"