Xalq artistinin qatıqla bağlı paylaşımı tənqid olundu -VİDEO
19 May 2026, 13:23
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
624
18.08.2020, 15:03
ARB telekanalı tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırıb.
PARLA xəbər verir ki, işdən çıxmasını təsdiqləyən aparıcı bildirib ki, heç bir səbəb göstərmədən televiziya rəybərliyi onun müqaviləsinə xitam verib:
“Pandemiya dövründə müqaviləyə xitam verilməsi nə dərəcədə doğrudur? Bu qanunla necə tənzimlənir, onu bilmirəm. Hətta bu pandemiya dönəmində işçilərin işdən çıxarılmaması ilə bağlı dövlət başçısının da tövsiyəsi var. Lakin bildiyim tək şey odur ki, müqaviləyə xitam verilib. Konkret heç bir səbəb yoxdur. ARB-dən ayrılan tək mən deyiləm, bir neçə aparıcı işdən çıxıb”.
Teleaparıcı bildirib ki, iş ilə bağlı gələcək planları da elə peşəsi ilə bağlıdır: “Peşəm teleaparıcılıq, telejurnalistikadır. Demirəm ki, başqa sahədə işləmək düşüncəmdə yoxdur. O da ola bilər, amma yəqin ki, yenə də televiziyada fəaliyyətimi davam etdirəcəyəm. Ümumiyyətlə, gələcəklə bağlı hələ heç nə deyə bilmərəm. Təkliflər olduğu halda dəyərləndirəcəyəm. Təbii ki, mənə uyğun layihə olmalıdır. Mən efirdə belinə şal bağlayıb, haxışta deyənlərdən ola bilmərəm. Efirdə atılıb düşmək mənim imicimə, xarakterimə uyğun deyil. Normal tok-şou olarsa razılaşa bilərəm”.
Rövşanə Ağasəfqızı qeyd edib ki, əksər hallarda reytinqsiz telekanallar bunda aparıcını günahlandırır:
“Kanalın reytinqi yoxdursa günahı aparıcıda görmək lazım deyil. Aparıcı olaraq öz reytinqimi hər zaman bilmişəm. Adi bir statusum hadisəyə çevrilirsə, verilişlərdən çıxarışlar trendə düşürsə, bunu aparıcı olaraq öz reytinqim kimi dəyərləndirirəm. Bütün tamaşaçılar da bilir ki, Rövşanə Ağasəfqızının aparıcı olaraq reytinqi var. Sadəcə olaraq kanal reytinqsiz olanda günahı aparıcıda görürlər. Telekanalda mənə verilişin reytinqinin aşağı olduğunu dedilər. Ola bilər. Mənə maraqlıdır ki, bütün sosial şəbəkələrdə veriliş yayımlanan günün sabahı trendə düşən kadrlar olur. Reytinq efirə çıxıb ağzına gələni danışmaq deyil. Veriliş xınayaxdı məclisi deyil. Verilişdə bağırmaq, söz atmaq reytinq yığmaqdırsa, mən onu bacarmayacam”.
17:50 / 19 May 2026
11
17:49 / 19 May 2026
10
17:30 / 19 May 2026
20
17:25 / 19 May 2026
24
17:05 / 19 May 2026
44
16:57 / 19 May 2026
50
16:44 / 19 May 2026
51
16:39 / 19 May 2026
83
16:38 / 19 May 2026
39
16:36 / 19 May 2026
48
16:35 / 19 May 2026
46
16:30 / 19 May 2026
127
16:21 / 19 May 2026
523
16:20 / 19 May 2026
49
16:18 / 19 May 2026
154
16:11 / 19 May 2026
89
16:07 / 19 May 2026
55
15:57 / 19 May 2026
441
15:52 / 19 May 2026
102
15:51 / 19 May 2026
47
15:44 / 19 May 2026
54
15:39 / 19 May 2026
225
15:36 / 19 May 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.