Qaynar xətt:

(+99450) 247 90 86

Afətin “Gelandewagen“ini soydular

Afətin “Gelandewagen“ini soydular

ŞOU-BİZNES

882

11.06.2020, 19:22

Müğənni Afət Fərmanqızının avtomobilini soyublar.
İfaçının "Gelandewagen" markalı maşının qapısını sındırıblar. O bu haqda sosial şəbəkədə canlı yayımda bildirib: 

"Maşında çanta qoymayın. Çantaya görə maşını qırarlar. Mən bu səhvi bir dəfə etdim. Sumqayıtda bir açılışa getmişdim. Çantanı qoydum maşının içinə, düşündüm ki, tez reklam edib qayıdacam. Mindim maşına, qapı qəribə gəldi. Düşündüm ki, istidən olub. Yol gedəndə qəfildən qapı açıldı, əlimlə tutdum. Yolda yaxşı ki, maşın yox idi, yoxsa qapını aparardı. Heç nə götürə bilməyiblər, amma min manat ziyana düşdüm. Polisə şikayət etmişəm, hələ xəbər yoxdur".