"Sevdiğim sensin"lə bağlı qərar
11 May 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1151
04.06.2020, 11:42
Quliyeva və Flora Kərimovanın illər əvvəl çəkilən verilişindən süjet paylaşıb.
Teleqraf. com xəbər verir ki, Tarix Əliyev süjeti İnstaqramda paylaşaraq "Kimi belə üzbəüz danışıqda görmək istəyərsiniz? Mən şəxsən bir neçə müğənni var ki, onları birlikdə çəkmək istəyirəm. Amma razılaşmazlar, çünki kompleksləri var" statusunu yazıb.
Xalq artisti Brilliant Dadaşova isə şərh bölümündə süjetdə Flora Kərimovanın dediklərinə belə reaksiya verib:
"Flora xanım, nə gözəl dediniz. Gərək Allah qadını ağıllı yaratsın. Kəsişmə nöqtəsi olmayan insanları müqayisə etmək yalnız bizim cəmiyyətdə mövcuddur. Çox yalan-böhtan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Flora Kərimovanın heç vaxt uşağı olmayıb. Qarnına balış, yastıq qoyub, qızını özü doğmayıb. Flora xanımın qızı öz kopyası olmasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki... Mən də uşaq idim, ağlıma da gəlməzdi ki, bir insan bu dərəcədə şeytana qulluq edə bilər. Bu söhbəti heç vaxt Floraya danışmamışam".
Flora Kərimova isə Brilliant Dadaşovanın sözlərinə belə cavab verib:
"Sizin başınız ondan az çəkmədi. Nə birinci idiniz, nə də sonuncu. İndi bəzilərinin dilinə söz düşüb ki, "sağlığında bir söz deyə bilmirdilər". Sağlığında təkbaşıma onun yalanlarının cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq, qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi, savaşınızı qorumağı bacardınız".

16:27 / 11 May 2026
1
16:25 / 11 May 2026
9
16:15 / 11 May 2026
78
16:03 / 11 May 2026
32
15:49 / 11 May 2026
38
15:38 / 11 May 2026
227
15:30 / 11 May 2026
10951
15:22 / 11 May 2026
55
15:20 / 11 May 2026
49
14:59 / 11 May 2026
56
14:52 / 11 May 2026
72
14:47 / 11 May 2026
310
14:45 / 11 May 2026
287
14:43 / 11 May 2026
104
14:23 / 11 May 2026
1350
14:11 / 11 May 2026
238
14:08 / 11 May 2026
98
13:42 / 11 May 2026
89
13:30 / 11 May 2026
116
13:25 / 11 May 2026
222
13:14 / 11 May 2026
69
12:50 / 11 May 2026
582
12:46 / 11 May 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.