Əməkdar artist Naibə Allahverdiyeva arxiv fotosunu paylaşıb.
Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, aktrisa 20 il əvvəl çəkdirdiyi şəklinə xatirələrini yazıb:
"Bu da mən, təxminən 20 il öncə. Eh cavanlıq... Keçən günlərimi qaytarsaydılar, gələn günlərimi qurban verərdim. O dövrün insanlıq münasibətləri dostluğu, kişiliyi, mərdliyi üçün darıxmışam. Görəsən, nə oldu? Niyə hər şey belə saxtalaşdı?
Əvvəllər deyirdilər pul əl çirkidir, indi deyirlər xlordur, bütün ləkələri aparır. Hətta köhnə ləkələri də". Oxu24.com
ŞƏRHLƏR