Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1735
az

Ramiz Məlik Məleykəyə təzminat ödəyəcək – MƏHKƏMƏ QƏRARI

16:2814 May, 2018
1566
ŞOU-BİZNES
  • A
 Xalq artistləri Məleykə Əsədova və Ramiz Məlikin bir-birilərinə qarşı verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində Etibar Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə Məleykə Əsədova çıxış edib.

O bildirib ki, həmkarı onu mətbuat vasitəsi ilə təhqir edib: “Səkkiz aydır əsəb keçirirəm. Əgər Ramiz müəllim böyüklük göstərsəydi, gəlib mənim “şortik” geyinməyimlə bağlı özümə deyərdi. Lakin o, sosial şəbəkədə bu haqda yayıb”.

Xalq artisti qeyd edib ki, Ramiz Məlik onu mətbuatda alçaldıb, təhqir edib:

“Ramiz Məlik hətta mənim ailəmi alçaldıb. Deyib ki, guya mənim anam pozğun olduğu üçün atam onu boşayıb. Mən ailəmin ölüsünə də, dirisinə də hörmət edirəm. Hətta onun ailəsinə də hörmət edirəm. Guya ki, mən onun ailəsini hədələmişəm. Haqqımda mətbuatda təhqiredici fikir bildirəndən sonra teatrda onun nömrəsini verdilər. Zəng etdim, həyat yoldaşı götürdü. Ona söylədim ki, Ramiz müəllim getsin öz ailəsi ilə məşğul olsun. Onları hədələməmişəm. Vəkili deyir ki, Ramiz Məlikin ailəsini təhqir etmişəm. Əgər belədirsə, səs yazısını ortaya çıxarsın”.

Daha sonra çıxış edən Ramiz Məlik bildirib ki, evdə olmayan zaman Məleykə Əsədova zəng edib, ailəsini təhqir edib: “Hətta söyləyib ki, qız nəvəmi də oğurlatdıracaq”.
Ramiz Məlikin sözlərinə görə, daha əvvəl Məleykə Əsədovadan üzr istəyib:

“Mənim onun haqda dediklərim yadımda deyil. Həmin zaman hirsli olmuşam. Sonra mətbuatda üzr də istədim. Buna görə hətta məni qınadılar. Məleykə Əsədova evə zəng edəndən sonra həyat yoldaşımın halı pisləşdi. Həmin zaman da jurnalistlərdən biri zəng etdi. Nə dediyimi bilməmişəm”.

Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakimlər qərar elan edib.

Məhkəmənin qərarına əsasən, Məleykə Əsədovanın apellyasiya şikayəti qismən təmin edilib. Qərara görə, Ramiz Məlik Məleykə Əsədova barədə dediklərini təkzib etməli, 1000 manat cərimə ödəməlidir.

Qeyd edək ki, Məleykə Əsədova həmkarı Ramiz Məlikin onun şərəf və ləyaqətini təhqir etdiyini iddia edib.

O, Nəsimi Rayon Məhkəməsinə müraciət edib və Ramiz Məlikin 200 min manat məbləğində təzminat ödəməsini tələb edib. Ramiz Məlikin vəkili Türkel Süleymanlı da məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, Məleykə Əsədovanın müvəkkilini təhqir etdiyini bildirib və buna görə 300 min manatlıq iddia qaldırıb.

Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, hər iki iddia təmin edilməyib.

Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi