2005-ci ildə Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham olunan, həbsdə intihar edən məşhur qanqster Hacı Məmmədovun tanınmış müğənnilərlə əlaqələrinin olması yenidən gündəmə gəlib.
Oxu24.com xəbər verir ki, ötən gün Xalq artisti Brilliant Dadaşovanın mərhum sənətkar Mirzə Babayevin doğum günü ilə bağlı paylaşımına gələn şərhlərdə onun Hacı Məmmədovla əlqəsindən söz açılıb.
Ümumiyyətlə çoxlarına məlumdur ki, Hacı Məmmədov zamanında bir çox məşhur şou-biznes nümayəndələri ilə yaxşı münasibətlərdə olub, müğənnilər və yaxın dostları üçün tez-tez özünə məxsus olan vaxtilə "Qarabulaq” restoranında ziyafətlər təşkil edib. Həmin ərəfədə müğənnilər Hacı Məmmədovla fotoları da yayılırdı.
Bu müğnnilərdən biri də adını çəkdiyimiz xalq artisti Brilliant Dadaşova olub. Xatırlayırsınızsa, sənətçi ölkəni tərk etmək istəyərkən Bakı Hava Limanında saxlanılmışdı. Buna səbəb Dadaşovanın pasportunda özünü “cavanlaşdırması” idi.
Belə ki, həmin sənəddə müğənninin adı “Prılanta” kimi qeyd olunub və təvəllüdü 1964-cü il göstərilib. Əslində isə Brilliant Dadaşova 1959-cu ildəndir. Onun necə və kimin əli ilə yaşının cavanlaşdırılması və adının dəyişdirilməsi hələ də müəmmalı olaraq qalır.
Qeyd edək ki, Brilliant Dadaşova ilə yanaşı mərhum xalq artisti İlhamə Quliyeva, əməkdar artistlər Manana Caparidze, Mətanət İsgəndərli və Eyyub Yaqubovun da adı Hacı Məmmədovla hallanırdı. Oxu24.com
ŞƏRHLƏR