Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1516
az

Tünzalə Ağayeva "Bakı Payızı"nı pulnan alıbmış - Keçmiş ərindən sensasion paylaşım

11:0708 May, 2018
2050
ŞOU-BİZNES
  • A
 
Əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında yaranan gərginlik daha da artıb.

Oxu.Az xəbər verir ki, Tünzalə Nuranın bir neçə həftə öncə “ATV maqazin onlarla” proqramında onun ünvanına dediyi “Tünzalə özünü hamıdan üstün görür, yəqin, deputat olmaq istəyir” fikrinə elə həmin proqramda münasibət bildirib.
Əməkdar artist Surinin kompleksi olduğunu deyib:

“Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram.
Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən xəbər verir. Qeyri-yerlərdə olan “musiqiçi”lərı, “ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.
Nura Surinin həmkarına cavabı isə gecikməyib. O, sosial media hesabında ad günündə çəkilən videosunu paylaşaraq Tünzalənin ona dediyi tərifləri meydana çıxarıb:

“Bu videonun sonunda Tünzalə Ağayevanın haqqımda dediyi sözlərlə dünən verdiyi müsahibə arasındakı fərqə baxın. İnsan dünən dediklərini bu gün danır və nə dediyini özü də anlamır.



Ümumiyyətlə, öz həyatında problem yaşayan insanlar başqalarının həyatını müzakirə etməyi sevir.
Mənim kimi həmkarı ilə qürur duyan biri bu gün öz dediklərinin əksini deyir. Özündə komplekslər çoxdur deyə, hamını özü kimi görür. Artıq danışsa, cavabını elə layiq olduğu kimi də alacaq. Məncə, susmağı daha yaxşı olardı”, - deyə Nura Suri əlavə edib.

O, daha sonra ikinci paylaşım edərək Tünzalə haqda bu sözləri yazıb:

 

“Tünzalə bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini “Youtube” və “Google”dan sildirib. Yəqin, öz yaddaşından da silinib.
Mən pul verib Qran-Pri almıram, mükafat və ya “raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da “Çox sağ ol”.

Qeyd edək ki, Nura Surinin paylaşdığı videoda Tünzalə Ağayeva onun haqda “Mən mədəniyyətini, intellektini və professionallığını artırmaq istəyən insanları alqışlayıram və sənin kimi həmkarımla qürur duyuram”, – deyə bəhs edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar dəbdəbəli evini nümayiş etdirdi -VİDEO
Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır