Qaynar xətt:

(+99450) 247 90 86

Aparıcı müğənnini hovuza itələyib saldı -Azərbaycanda

Aparıcı müğənnini hovuza itələyib saldı -Azərbaycanda

ŞOU-BİZNES

939

01.07.2019, 11:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Günel Ələkbərova olub.
Oxu24.com -un  məlumatına görə, sənətçi aparıcı Ruslan Ağayevin 33 sualına cavab verib.
Şəxsi həyatından danışan Günel boşandığını açıqlayıb. O, "Həyat yoldaşın sənə əl qaldırıb" sualına belə cavab verib: "Rəsmi nikahım olub, amma boşanmışam. "Xonçası oynamayanlar" silsiləsindənəm. Toya 1 həftə qalmış məni qoyub qaçdı. Həyat yoldaşım mənə əl qaldırıb. Elə vurdu ki, gedib hara düşdüm. 3 ay onunla danışmadım". Günel kirayədə yaşadığını etiraf edib: "Kirayədə yaşayıram. Evim, maşınım yoxdur. Yalandan deyim ki, gətirdilər mənə "Qalik" bağışladılar? Gündə kirayəyə bir maşın götürüb, yalandan danışım?". Sonda aparıcı müğənnini hovuza itələyib. Həmin videonu təqdim edirik: