Paşinyanın dinlədiyi mahnının ifaçısı Zeynəb görün kim imiş – DOSYE+FOTOLAR
09 Oktyabr 2026, 12:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
718
27.10.2025, 22:07
Azərbaycan musiqi səhnəsinə yüzlərlə istedadlı insan gəlib-gedib, lakin az sənətkar var ki, həm səsi, həm xarakteri, həm də mövqeyi ilə yadda qalıb. Belə sənətkarlardan ikisi - Flora Kərimova və İlhamə Quliyeva - illərlə xalqın sevimlisi olublar. Amma bu iki güclü qadının münasibətləri də sənət dünyasının ən çox müzakirə olunan mövzularından biri kimi mədəniyyət tarixinə düşüb.
Flora Kərimova güclü xarakteri və vətəndaş mövqeyi ilə tanınır. Onun səsi təkcə mahnılarda deyil, cəmiyyətdə ədalət carçısı kimi də səslənib.
İlhamə Quliyeva isə parlaq obrazı, dəbdəbəli tərzi və “diva” xarakteri ilə fərqlənirdi. O, səhnəyə çıxanda diqqət mərkəzində olmağı sevərdi, hər sözü, hər addımı ilə tamaşaçını öz cazibəsinə salardı.
Bu iki güclü qadının bir səhnədə uzun müddət yan-yana dayana bilməməsi bəlkə də elə xarakter fərqlərindən qaynaqlanırdı. Hər ikisi lider idi - biri duyğularla, digəri hökmranlıqla idarə olunurdu.
İllər boyu mətbuat onların münasibətlərini “düşmənlik” kimi təqdim etdi. Bu münasibətin kökündə həm də dərin rəqabət vardı. Onlar eyni dövrün ulduzları idilər — hər biri öz tərzində, öz auditoriyası ilə tanınmışdı. Hər biri səhnədə ulduz olmağa layiq idi.
İlhamə Quliyevanın sərt bəyanatları, Flora Kərimovanın prinsipial cavabları illərlə medianın gündəmindən düşmədi. Lakin zaman keçdikcə xalq başa düşdü ki, bu “münaqişə” əslində sənətin içindəki insan duyğularının toqquşmasıdır.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz bu foto özü ilə təəccüb, təəssüf dolu çoxlu sualları da ortaya qoyur.
Tarix bəlli deyil… Məkan Azərbaycan Televiziyasının çəkiliş pavilyonu… Yəqin ki, hansısa bayram konsertidir.
Flora Kərimova və İlhamə Quliyeva yanbayan dayanıblar… Azərbaycanın başqa tanınmış sənət adamları ilə (onlardan bəziləri haqq dünyasına qovuşublar) bir sıradadırlar. Gülağa Məmmədov, Natəvan Şeyxova, Oqtay Ağayev və digərləri...
Deyirlər ki, bu iki sənətkarın – Flora Kərimova ilə İlhamə Quliyevanın arasındakı konfliktin tarixçəsi o illərə gedib çıxır. Bu fotoşəkildə yanaşı dayanıblar, ilk baxışdan mehribanlıq nümunəsi sayıla bilər.
Amma hər iki azman müğəninin duruşları, simalarındakı ifadə sanki, sonrakı düşmənçilik üçün verilən fitvadır. İlhamənin özünəməxsus, sanki Floranı arxasında gizlətməyə hesablanmış ədalı duruşu, Floranın isə üzündə “əsl sənətin önünü heç bir maneə ala bilməz” üsyanı…
Digərləri ilə müqayisədə Flora Kərimova və İlhamə Quliyevanın arasındakı məsafəyə baxın... Qırğın o zamandan başlayıbmış...
İlhamə Quliyeva 2016-cı ildə dünyasını dəyişdi. Onun gedişi Azərbaycan musiqisində böyük boşluq yaratdı.
84 yaşlı Flora Kərimova isə həyatdadır, bu gün də ara-sıra səhnəyə çıxır, amma illər öncəki söz-savaşlarına artıq fərqli bir sakitliklə baxır. Rəqabət unudulub, sənət isə qalır.
Flora Kərimova və İlhamə Quliyevanın münasibəti bəlkə də bizə bir dərs verir: sənət böyükdür, amma insan daha böyükdür. Səhnə parıltısının arxasında qısqanclıq, eqo, duyğular, haqsızlıqlar və sevgilər gizlənir. Amma bu duyğular olmasaydı, bəlkə də o qədər güclü səhnə enerjisi, o qədər emosional mahnılar yaranmazdı.
Bu iki fəqli səhnə ulduzunun işığı bir-birinə qarışmasa da, hər biri Azərbaycan musiqisinin tarixində əbədi qalacaq.
20:12 / 09 Oktyabr 2026
20
20:01 / 09 Oktyabr 2026
36
19:49 / 09 Oktyabr 2026
52
19:38 / 09 Oktyabr 2026
59
19:25 / 09 Oktyabr 2026
74
19:20 / 09 Oktyabr 2026
75
19:15 / 09 Oktyabr 2026
61
19:08 / 09 Oktyabr 2026
65
18:59 / 09 Oktyabr 2026
63
18:50 / 09 Oktyabr 2026
68
18:46 / 09 Oktyabr 2026
77
18:35 / 09 Oktyabr 2026
74
18:22 / 09 Oktyabr 2026
115
18:21 / 09 Oktyabr 2026
78
18:10 / 09 Oktyabr 2026
77
17:55 / 09 Oktyabr 2026
84
17:47 / 09 Oktyabr 2026
100
17:39 / 09 Oktyabr 2026
122
17:36 / 09 Oktyabr 2026
497
17:23 / 09 Oktyabr 2026
89
16:59 / 09 Oktyabr 2026
136
16:55 / 09 Oktyabr 2026
134
16:40 / 09 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.