“Boşandıq, bitdi” – Rəqsanə hər şeyi açıqladı
05 İyul 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86Hava limanında nə baş verib? - Bloqerə rəsmi cavab
ŞOU-BİZNES
403
22.05.2025, 17:49
Dövlət Gömrük Komitəsi “iconmekh” kimi tanınan bloqer Mehin Oktaylının qurumla bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.
Oxu24.com xəbər verir ki, açıqlamada deyilir:
“Xanım bloqer instaqram sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşları tərəfindən onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.
O, anasına məxsus çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.
Belə ki, cari ilin may ayının 17-də İstanbuldan Bakıya gələn bloqerin anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən “Qırmızı kanal” buraxılış sisteminə yönləndiriliblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb. Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb”.
Həmçinin oxuyun
Komitənin araşdırma nəticələrinə görə, xanım bloqer gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər: “Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmayıb, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışıb, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstəriblər.
Daha sonra, 21 may tarixində bloqer və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları gömrük sərhədini keçərkən diqqətli olmağa, gömrük qaydalarına, gömrük əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır”.
Qeyd edək ki, M.Oktaylı Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edərək anasının içində sadəcə özünə, qızına və nəvəsinə aldığı geyimlərin olduğu çamadanının əlindən alındığını bildirib. Onun sözlərinə görə, prosedur zamanı işçilər kobud rəftar ediblər. Bloqer iddia edib ki, hadisədən 2 gün keçəndən sonra hava limanına getməyinə baxmayaraq, çamadan qaytarılmayıb.
00:29 / 08 İyul 2025
19 bıçaq zərbəsi ilə öldürülən Günelin FOTOSU
83
00:27 / 08 İyul 2025
XƏBƏRDARLIQ - Bu tarixlərdə QIŞ HAVASI GƏLİR
335
00:18 / 08 İyul 2025
Özünü hədiyyə verilən silahla vurub... - Axşam tutacaqlarmış
63
00:08 / 08 İyul 2025
SON DƏQİQƏ! Həsən Kür vəfat etdi
242
23:59 / 07 İyul 2025
Putin təsdiqlədi - Vətəndaşlığı olmayanlar da orduya aparılacaq
114
23:47 / 07 İyul 2025
Abşeron Gənclər şəhərciyində partlayış - Yaralılar var -YENİLƏNDİ
420
23:37 / 07 İyul 2025
Türkiyədə əməliyyat etdirən qadının bədəni çürüməyə başladı - FOTO
34
23:25 / 07 İyul 2025
“Mənə qarşı sui-qəsdə cəhd etdilər”
33
23:10 / 07 İyul 2025
Nuranə paraşütlə tək uçurmuş... - yenilənib
36
22:55 / 07 İyul 2025
Nasaz maşın qəzaya səbəb oldu - ANBAAN VİDEO
36
22:45 / 07 İyul 2025
Azərbaycanlı qadın paraşütlə qayaya çırpılıb öldü
36
22:16 / 07 İyul 2025
Tramp İlon Maska cavab verdi
92
22:13 / 07 İyul 2025
Rusiyalı nazirin intihar etdiyi yerdən - Görüntülər
41
21:44 / 07 İyul 2025
Hakan Fidan Lavrovla görüşdü
40
21:25 / 07 İyul 2025
Bu ərazilərdə qaz olmayacaq - yenilənib
49
21:12 / 07 İyul 2025
Rusiyada kafeyə qumbara atılıb, ölən və yaralılar var
50
20:51 / 07 İyul 2025
Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO
58
20:12 / 07 İyul 2025
Beli əyilmiş inəklə bağlı Nazirlikdən AÇIQLAMA
486
20:09 / 07 İyul 2025
ŞOK! Putin ölmüş naziri işdən çıxarıbmış?
67
20:06 / 07 İyul 2025
İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
57
17:00 / 07 İyul 2025
Leysanla bağlı xəbərdarlıq
449
16:29 / 07 İyul 2025
Oğuzda ağac kəsiminə görə polisdə cinayət işi başladı
71
16:15 / 07 İyul 2025
3 uşaq anası müharibəyə getdi - FOTO
88
15:57 / 07 İyul 2025
Putin həmin qanunu imzaladı
133
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.