Xalq artisti Şükufə Yusupovanın düşdüyü yol qəzası ilə bağlı araşdırma aparılır
22 Avqust 2026, 18:26
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2887
21.02.2025, 20:37
Təranə Xeyrulla qızı Qumral (İbrahimova) 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda anadan olub.
Ailədə üç bacı, iki qardaş olublar. Təranənin 5 yaşı olanda, anası ağır xəstəlikdən dünyasını dəyişib. Dəmir yolu idarəsində işləyən atası isə ikinci dəfə ailə qurmayıb. Anasızlığın əziyyətini çox çəkən Təranə müsahibələrinin birində o günləri xatırlayarkən deyir: “Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki.
Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı”. Birinci Qarabağ müharibəsinin ən şiddətli vaxtlarında Təranənin qardaşı Firdovsi Məmmədov müharibəyə yollanır. Bir müddət sonra isə qardaşının cəbhədə şəhid olma xəbəri Təranəgilin ailəsini yasa qərq edir. 29 oktyabr 1993-cü ildə Təranənin doğulub böyüdüyü Zəngilan rayonu düşmən tərəfindən işğal olunur. 27 yaşlı Təranə ailəsi ilə birgə qaçqınçılıq taleyi yaşayır. Təranə Qumral çox erkən yaşda ixtisasca hərbçi olan bir bəylə ailə qurub. Bu evlilikdən onun Qumral və Fidan adlı iki qız övladı olur. Ancaq iş elə gətirir ki, Təranə Almaniyada yaşayan ərindən ayrılmamış, tanınmış müğənni Musa Musayevlə ailə həyatı qurur. Bu nikahdan isə onların Sevgim adlı qızları dünyaya gəlir. Musa Musayev xalası qızı ilə evli olub. Təranə ilə evlənəndən sonra ondan ayrıldığı üçün Musanın anası və qardaşları heç vaxt Musa və Təranə ilə danışmayıblar. Təranə və Musanın xeyli duetləri var: “Sənsiz”, “Yarım”, “Sevənlər inciməsin”, “Sevgimizə göz dəyər”, “Dilərsənmi”, “Dağlara gedək”, “Qoy, dünya bilsin” və sair. Təranə Musanın spirtli içkiləri tərgitməsi üçün çox fədakarlıqlar edib. Söyüşcül və qısqanc olan Musa Musayev hətta bir neçə dəfə Təranə xanımı döyüb. 2013-cü ildə Təranə və Musa cütlüyü ilə bağlı qalmaqallı xəbərlər səngimək bilmir. Belə ki, Musa evində başqa bir kişinin olduğunu iddia edir. Təranə isə deyilənləri inkar edərək Musadan boşandığını açıqlayır...
Faktların davamı ilə verilişdə tanış ola bilərsiniz.
14:32 / 25 Avqust 2026
1
14:25 / 25 Avqust 2026
7
14:16 / 25 Avqust 2026
27
14:10 / 25 Avqust 2026
34
13:55 / 25 Avqust 2026
52
13:47 / 25 Avqust 2026
53
13:30 / 25 Avqust 2026
60
13:15 / 25 Avqust 2026
69
12:59 / 25 Avqust 2026
77
12:40 / 25 Avqust 2026
73
12:30 / 25 Avqust 2026
257
12:25 / 25 Avqust 2026
82
12:24 / 25 Avqust 2026
76
12:15 / 25 Avqust 2026
76
12:07 / 25 Avqust 2026
425
12:03 / 25 Avqust 2026
59
11:52 / 25 Avqust 2026
96
11:31 / 25 Avqust 2026
73
11:31 / 25 Avqust 2026
339
11:30 / 25 Avqust 2026
73
11:26 / 25 Avqust 2026
73
11:17 / 25 Avqust 2026
335
11:13 / 25 Avqust 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.