Elgiz yeni verilişinin tarixini açıqladı
03 Sentyabr 2026, 22:42
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
573
16.10.2024, 10:42
Müğənni Damla hazırda Amerika Birləşmiş Ştatlarında təhsil alan oğlu İbrahimi 10 aydır ki, gedib görə bilmədiyi üçün göz yaşı axıdıb.
Oxu24.com xəbər verir ki, buna ABŞ səfirliyi tərəfindən vizasının ləvğ edilməsi səbəb olub.
Damla başına gələn hadisəni qonaq olduğu “Günə bax” verilişində belə nəql edib:
“Amerikada yaşayan həmyerlilərimiz biləndə ki oğlum orada universitetə qəbul olub, fikirləşiblər ki, mənim də vizam var və qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Yəni, mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Müraciət etdim və vizamı aldım. Amma prodüserimə söylədilər ki, siz 10-15 gün gözləməlisiniz, çünki qanun çərçivəsində araşdırmalar aparılır. Amma narahat olmayın, sizin də vizanız gələcək. Konserti təşkil edənlərə dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Mənimlə çalışanlar da viza almalıdırlar ki, biz bir yerdə gələk. Mənim uzaq yol fobiyam var. Tək heç yerə gedə bilmirəm. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar. Halbuki mən onlarla konsert verəcəyimi nə razılaşdırmışdım, nə də ki behini almışdım. Onlar isə israr edərək məndən xəbərsiz konsertin biletlərini satışa çıxardılar.
Prodüser Tarix Əliyev də bu işdən xəbərdar idi. Onun da vizasını ləvğ etmişdilər. Günlərin bir günü səfirlikdən zəng gəldi və məni oraya çağırdılar. Özüm-özümə fikirləşdim ki, əgər mən viza almışamsa, səfirliyə niyə yaxınlaşmalıyam? Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. Təsəvvür edin ki, necə olub ki, o afişalar nazirliyin mail adresinə göndərilib. Bunu kim və nə məqsədlə edib. Bunu edən axı nə qazanır? Bir ananın ahını... Övladım İbrahim orada 10 aydır ki, təhsil alır. Onunla videozəng vasitəsi ilə danışıram və hiss edirəm ki, o mənsiz çox darıxır və ağlamaq istəyir, amma özünü tutub saxlayır. Mən özüm hər dəfə onunla danışanda hisslərimi cilovluyuram ki, görməsin ki, onun üçün o qədər darıxıram. Deyim ki, Amerikaya gedib orada yaşayacağam – ola bilməz. Mən Bakısız yaşaya bilmərəm. Mənim anam burada, işlərim, sənətim və sayra.
Oğlum İbrahim təhsilini bitirəndən sonra da ölkəyə qayıdacaq və burada çalışacaq. İstəyirəm ki, ölkəmizə yararlı bir vətəndaş olsun. O akademik səviyyədə ingilis dilində bilir. O siyasi əlaqələr fakültəsində təhsil alır. Mən əslində fəxr edərəm ki, diplomla qayıtsın və ölkəmizə xeyri dəysin. Ondan sonra mən bir dəfə də səfirliyə müraciət etdim. Yenə imtina gəldi. Səfir xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. Sənədə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün daxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləvğ edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü gəlsin sizin yanınıza. Dedim ki, o tələbədir, universitetdə oxuyur, necə gəlsin? Söylədi ki, tətilə gəlsin”. (Olay.az)
Daha ətraflı təqdim etdiyimiz videoda:
16:08 / 05 Sentyabr 2026
1
16:05 / 05 Sentyabr 2026
14
16:00 / 05 Sentyabr 2026
17
15:53 / 05 Sentyabr 2026
95
15:44 / 05 Sentyabr 2026
103
15:31 / 05 Sentyabr 2026
141
14:55 / 05 Sentyabr 2026
47
14:40 / 05 Sentyabr 2026
57
14:25 / 05 Sentyabr 2026
52
14:16 / 05 Sentyabr 2026
362
14:15 / 05 Sentyabr 2026
57
14:08 / 05 Sentyabr 2026
647
13:58 / 05 Sentyabr 2026
58
13:55 / 05 Sentyabr 2026
54
13:15 / 05 Sentyabr 2026
59
12:55 / 05 Sentyabr 2026
375
12:55 / 05 Sentyabr 2026
84
12:39 / 05 Sentyabr 2026
320
12:32 / 05 Sentyabr 2026
78
12:11 / 05 Sentyabr 2026
63
12:06 / 05 Sentyabr 2026
142
12:03 / 05 Sentyabr 2026
60
11:21 / 05 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.