Qaynar xətt:

(+99450) 247 90 86

Rüfət Axundova efir qadağası qoyuldu - Efirdə söyüşlə mahnı ifa etdiyi üçün

2019-04/1554707275_1554705891_1554652995_741345_02.jpg

ŞOU-BİZNES

1187

08.04.2019, 11:07

\"\"  Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.
Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib. Qeyd edək ki, aprelin 5-də \"Space” TV-nin \"Hər səhər\" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. MTRŞ buna görə \"Space\" TV-ni cərimələyib. Telekanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.   ///ONA