Fatma Mahmudovanın qızı nişanı qaytardı: “Bir oyun idi…”
09 Sentyabr 2026, 20:35
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
365
25.07.2024, 13:21
Ağadadaş Ağayevin vəkili Asim Abbasov Xalq artistinin insidentdən sonrakı ilk fotosunu paylaşıb.
Oxu24.com xəbər verir ki, vəkil paylaşımda bu sözləri yazıb:
"Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir.
Hazırda isə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılmışdır. Qeyd edək ki, Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirtmiş, həmin gecəni ağrıdan səhərə qədər yatmamış, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranmışdır. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəmiş, ondan həkim çağırmasını xahiş etmişdir. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşmişdir.
Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxmışdır. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir.
Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq", - deyə o qeyd edib.
10:56 / 10 Sentyabr 2026
1
10:55 / 10 Sentyabr 2026
4
10:45 / 10 Sentyabr 2026
13
10:35 / 10 Sentyabr 2026
30
10:09 / 10 Sentyabr 2026
224
10:08 / 10 Sentyabr 2026
47
09:45 / 10 Sentyabr 2026
49
09:20 / 10 Sentyabr 2026
53
09:19 / 10 Sentyabr 2026
130
09:17 / 10 Sentyabr 2026
57
00:34 / 10 Sentyabr 2026
89
23:34 / 09 Sentyabr 2026
76
23:22 / 09 Sentyabr 2026
89
23:04 / 09 Sentyabr 2026
92
22:55 / 09 Sentyabr 2026
75
22:44 / 09 Sentyabr 2026
75
22:32 / 09 Sentyabr 2026
69
22:14 / 09 Sentyabr 2026
68
22:04 / 09 Sentyabr 2026
99
22:00 / 09 Sentyabr 2026
73
21:55 / 09 Sentyabr 2026
88
21:55 / 09 Sentyabr 2026
76
21:54 / 09 Sentyabr 2026
171
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.