“Evdə soğan belə doğramıram”
20 Sentyabr 2026, 20:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
509
06.03.2024, 18:45
Dünən - 5 mart tarixi Azərbaycanın tanınmış aktyoru, məşhur "Fəryad" filminin rejissoru mərhum Ceyhun Mirzəyevin anım günü idi.
Milli.Az xəbər verir ki, modern.az-ın məlumatına görə, C.Mirzəyev 1946-cı il aprelin 9-da Bakıda anadan olub. Ceyhun Mirzəyevin atası Cəmil Mirzəyev Qarabağdan - Ağdamın Abdal-Gülablı kəndindəndir. Anası isə Qarabağın məşhur Sarcalı soyundan olub.
Ceyhun Mirzəyevin özündən böyük (ana eyni, ata ayrı) ögey bacısı da vardı. Onun atası anası ilə ailə quranda hər ikisinin ikinci evliliyi olub.

.jpg)
"Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı ilə birlikdə Rusiyanın Pyatiqorsk şəhərində ev alaraq orada yaşayırdılar...
Bir necə il bundan öncə Azərbaycan diasporunun nümayədə heyətinin tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı...
Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl-göyçək nakam qızına isə bir alçaq evlənməyi söz verib və ona öz evini satdırıb. Bir muddət qızla birgə yaşayan oğlan bu zavallını zərərli vərdişlərə alışdırıb, sonra da atıb gedib...
Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan diasporunun rəhbərlərindən olan Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş etdim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəyib, təssüflər olsun ki, qız hər bir yardımdan imtina edib".
Elman Mustafazadənin sözlərinə görə, Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Şimali Qafqazda - Stavropol vilayətinin Pyatiqorsk şəhərində evsiz-eşiksiz sərgərdan həyatı sürür. Ehtimallara görə, hazırda 47 yaşı olan Cəmalə Mirzəyevanın maddi və mənəvi dəstəyə, psixoloq köməyinə ehtiyacı var.
Ceyhun Mirzəyevin tələbə yoldaşı, dostu, aktyor, kinorejissor, ssenarist Əbdül Mahmudovun Modern.az-a müsahibəsindən:
"Ceyhun Azərbaycan kino tarixində, mədəniyyətində o şəxsdir ki, barəsində gecə-gündüz danışmağa mövzu var.
Ceyhun Mirzəyev instituta təzə gələndə artıq məşhur aktyor idi. Biz ilk dəfə Ceyhunu görəndə hamımız çaşıb qaldıq. Ondan avtoqraf alırdıq. Çünki o, "Ögey ana"da İsmayıl kimi sevilən obraz yaratmışdı...
Ceyhun çox istedadlı insan idi. İstedadlı olduğu qədər də, səmimi, gözəl dost, qardaş idi...
Ceyhun bakılı idi, şəhər mühitində, mədəni mühitdə, çox ziyalı bir ailədə böyümüşdü. Onun yüksək intellektual səviyyəsi vardı, iki-üç dil bilirdi.
Ceyhun Mirzəyev həm də rusdilli idi. Amma rusdilli olsa da, Azərbaycan dilində təmiz danışırdı.
Onunla ailəvi dost idik. Hətta, tələbəlik vaxtı mənim toyumu Ceyhun Mirzəyev başda olmaqla dostlarım ediblər. Təşkilatçılar Elxan Qasımov, Ceyhun Mirzəyev, bir də rəhmətlik Şahmar Ələkbərov idi. Ağsaqqalımız, bizə rəhbərlik edən də Həsənağa Turabov idi. Rəhmətlik Həsənağa Turabov mənim ailə işimin elçisi olub...
Ceyhun çox gec evləndi, başqa milliyətdən olan xanımla ailə qurdu. O, dünyasını dəyişəndən bir müddət sonra xanımı uşağını da götürdü, doğmalarının yaşadığı Rusiyanın Stavropol diyarına köçüb getdi...
Ceyhun kinoda çox iş gördü, böyük bir məktəb qoyub getdi. Amma o boyda böyük sənətkar haqqını ala bilmədi. Son illər o Azərbaycan kinosunda rejissor kimi fəaliyyət göstərir, "Mozalan" telejurnalına rəhbərlik edirdi, 2-3 film çəkdi. Bu cür adama heç "Əməkdar artist" adı da verilmədi. Hansı ki ona gərək birbaşa "Xalq artisti" adı verəydilər...
Son günlərində mənə çox giley-güzar edirdi. Deyirdim, "sən fikir vermə, bu gün "zvaniya"nı gərəksiz, istedadsız adamlar, kimlərinsə qohum-əqrəbaları alır. Sən isə başdan-ayağa istedadsan.
Sənə ad versələr, olacaqsan onların tayı".
Bunu zarafata salıb deyirdim, ona təsəlli verirdim. Amma Ceyhun çox xiffət edirdi. İnsan istəyirdi ki, haqqını alsın, layiq olduğu yerdə otursun.
Kim də bu işdə haqsızdırsa, Allah onun bəlasını verəcək, inşallah! Çünki həm bu dünyada, həm axirətdə hər kəs layiq olduğu cəzanı alır.
Ceyhun iki dəfə çox ağır xəstəlik keçirdi - infarkt oldu. Ürəyi ilə bağlı müalicə almışdı. Sonra elə ürəktutmasından da dünyasını dəyişdi".
P.S. Ceyhun Mirzəyevin yeganə qızı Cəmalə Mirzəyevanın hazırkı taleyi haqda yeni məlumat yoxdur. Nə Ceyhun Mirzəyevin qohumları, nə də mərhum sənətkarın sənət yoldaşları bu haqda bilirlər.
Həmçinin oxuyun
20:40 / 20 Sentyabr 2026
1
20:31 / 20 Sentyabr 2026
74
20:12 / 20 Sentyabr 2026
50
20:05 / 20 Sentyabr 2026
64
19:49 / 20 Sentyabr 2026
282
19:29 / 20 Sentyabr 2026
78
19:17 / 20 Sentyabr 2026
82
18:59 / 20 Sentyabr 2026
69
18:59 / 20 Sentyabr 2026
462
18:55 / 20 Sentyabr 2026
143
18:52 / 20 Sentyabr 2026
72
18:48 / 20 Sentyabr 2026
79
18:47 / 20 Sentyabr 2026
178
18:23 / 20 Sentyabr 2026
73
18:22 / 20 Sentyabr 2026
80
18:18 / 20 Sentyabr 2026
67
17:54 / 20 Sentyabr 2026
289
16:08 / 20 Sentyabr 2026
105
15:59 / 20 Sentyabr 2026
393
15:57 / 20 Sentyabr 2026
86
14:13 / 20 Sentyabr 2026
133
14:05 / 20 Sentyabr 2026
107
13:56 / 20 Sentyabr 2026
417
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.