AZAL təcili açıqlama yaydı
19 May 2026, 09:59
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
446
17.11.2023, 17:05
“Əmək Məcəlləsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır”
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun paylaşdığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, işçilər ilin soyuq vaxtında havanın temperaturu müsbət 14 dərəcədən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara fasilələr verilməli və iş dayandırılmalıdır: “Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olduqda açıq havada bütün növ işlər dayandırılmalı və ya işçilərə isinmək üçün fasilələr verilməlidir. Küləyin gücü 6 bal və daha artıq olduqda quruda kranlarla görülən bütün növ işlər dayandırılmalıdır. Tikinti işləri görüldükdə və ya dənizdə işləyərkən küləyin gücündən asılı olaraq qanunla nəzərdə tutulan bir sıra işlərin görülməsi dayandırılır. İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi dayandırmağın qeyri-mümkün olduğu yerlərdə işin dayandırılması bir-birini əvəzləyən növbələrlə təmin edilməlidir. Növbələrin bir-birini əvəz etməsi həmkarlar ittifaqları təşkilatının razılığı ilə işəgötürən tərəfindən müəyyən olunur.
Vurğulanıb ki, işlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Həmçinin iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanılır".
11:52 / 27 Sentyabr 2026
1
11:44 / 27 Sentyabr 2026
27
11:35 / 27 Sentyabr 2026
195
11:30 / 27 Sentyabr 2026
34
11:28 / 27 Sentyabr 2026
33
11:04 / 27 Sentyabr 2026
343
11:00 / 27 Sentyabr 2026
90
11:00 / 27 Sentyabr 2026
45
10:50 / 27 Sentyabr 2026
135
10:40 / 27 Sentyabr 2026
48
10:37 / 27 Sentyabr 2026
58
10:33 / 27 Sentyabr 2026
110
10:30 / 27 Sentyabr 2026
51
10:16 / 27 Sentyabr 2026
55
10:10 / 27 Sentyabr 2026
63
10:00 / 27 Sentyabr 2026
50
09:50 / 27 Sentyabr 2026
64
09:49 / 27 Sentyabr 2026
54
09:46 / 27 Sentyabr 2026
422
09:31 / 27 Sentyabr 2026
53
09:19 / 27 Sentyabr 2026
67
09:14 / 27 Sentyabr 2026
94
09:09 / 27 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.