Qaynar xətt:

(+99450) 247 90 86

Sərxoş ata ayıq sürücü çağırmadı - 12 yaşlı qızına sükanı verdi 

Sərxoş ata ayıq sürücü çağırmadı - 12 yaşlı qızına sükanı verdi 

DÜNYA

46

28.11.2026, 21:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polis sərxoş atasını evə aparan 12 yaşlı məktəbli uşağı idarə edərkən yaxalayıb.

Oxu24.com xəbər verir ki, Belçikada 12 yaşlı qız sərxoş atasını maşınında apararkən polisə yaxalanıb.

Polislər avtomobilin həddən artıq asta sürətlə hərəkətindən şübhələniblər.

Ata qızına özü spirtli içkinin təsiri altında olduğu üçün maşın sürməsinə icazə verdiyini etiraf etdi.

"Çox içmişdim, ona görə də bizi evə aparmasını xahiş etdim", - deyə kişi polisə bildirib.

Uşağın anası və iki kiçik bacı-qardaşı avtomobilin arxa oturacağında idi. Həmin vaxt qadının etibarlı sürücülük vəsiqəsi var idi, lakin müəyyən edilməmiş səbəblərə görə o, yetkinlik yaşına çatmayan uşağa gecə vaxtı avtomobili idarə etməyə icazə vermişdi.

Məktəbli sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə, atası isə idarəetməni nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə ötürdüyünə görə cərimə olunub.

Bundan əlavə, polis valideynlik şəraitinin və ailə mühitinin daha geniş şəkildə araşdırılmasına imkan verən hüquqi mexanizm olan "narahatedici təhsil vəziyyəti" adlanan ayrıca bir hesabat təqdim edib.