Qaynar xətt:

(+99450) 247 90 86

Bu qurumun 3 əməkdaşı saxlanıldı

Bu qurumun 3 əməkdaşı saxlanıldı

SON DƏQİQƏ

811

10.02.2022, 12:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları oğurluq edərkən saxlanılıblar.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.
Araşdırma aparılır.