Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
478
10.02.2022, 10:39
Rusiya fevralın 13-dən 19-na qədər Qara dəniz və Azov dənizinin bir hissəsini bağlayır. Rəsmi səbəb həmin tarixdə keçiriləcək raket və artilleriya təlimləridir. Lakin təlim adı altında bağlanan rayonlar Ukraynanın dənizə çıxışını faktiki olaraq tam bloklayır, istisna deyil ki, bu addım Rusiyanın Ukrayna üzərinə gözlənilən hücumuna hazırlıqdır.
"BlackSeaNews" resursunun baş redaktoru Andrey Klimenko bildirir ki, Kremlin hərəkətləri Ukrayna limanlarının bloklanmasına çox bənzəyir. Hansı ki, ekspertlər bu ssenarini əvvəlcədən proqnozlaşdırırdılar. Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin raket kreyserləri və desant gəmiləri Qara dənizə cəmləşdirilib, Azov dənizinə isə desant qrupları daşıyan sürətli katerlər göndərilib.
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə və Azov dənizində genişmiqyaslı hərbi dəniz təlimlərinin başlayacağını elan edib. Paralel olaraq Belarus ərazisində də Rusiya ilə birgə irimiqyaslı təlimlər keçirilməkdədir. Bu təlimlərdə gəmilər əleyhinə raketlər də tətbiq ediləcək.
Təlimlər adı altında Qara dənizdə bağlanan zonalar Ukrayna gəmilərinin Kerç körfəzinə çıxışını bloklayır və habelə dənizin Ukrayna ərazi sularının böyük hissəsində gəmilərin hərəkətini məhdudlaşdırır. Beynəlxalq qaydalara görə dəniz təlimləri keçirilən ölkələr əvvəlcədən xüsusi xəbərdarlıq yayaraq gəmilərin hərəkəti üçün təhlükəli zonaları elan edir. Rusiya tərəfinin təhlükəli zonalara dair elan etdiyi xəritəyə əsasən mülki gəmilərin hərəkəti üçün də heç bir dəhliz nəzərdə tutulmayıb. Bu isə total dəniz blokadası deməkdir və son 8 ildə belə hal baş verməmişdi. (Virtualaz.org)
00:23 / 05 Noyabr 2026
36
00:18 / 05 Noyabr 2026
51
00:16 / 05 Noyabr 2026
110
23:48 / 04 Noyabr 2026
115
23:44 / 04 Noyabr 2026
83
23:40 / 04 Noyabr 2026
81
23:35 / 04 Noyabr 2026
81
23:33 / 04 Noyabr 2026
73
23:30 / 04 Noyabr 2026
97
23:26 / 04 Noyabr 2026
62
23:22 / 04 Noyabr 2026
94
23:17 / 04 Noyabr 2026
113
23:14 / 04 Noyabr 2026
71
23:12 / 04 Noyabr 2026
76
23:04 / 04 Noyabr 2026
107
22:59 / 04 Noyabr 2026
147
22:51 / 04 Noyabr 2026
97
22:38 / 04 Noyabr 2026
100
22:34 / 04 Noyabr 2026
118
22:26 / 04 Noyabr 2026
104
22:22 / 04 Noyabr 2026
113
22:16 / 04 Noyabr 2026
2535
22:14 / 04 Noyabr 2026
139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.