Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Təhsil Nazirliyi vacib açıqlama yaydı

SON DƏQİQƏ! Təhsil Nazirliyi vacib açıqlama yaydı

SON DƏQİQƏ

1129

09.02.2022, 22:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçirəcək.

Bu barədə Oxu24.com-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu fevralın 15-dən martın 31-dək www.grants.edu.az saytı üzərindən aparılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

"Tərtər işi"nə görə tutulan komandir görün kim imiş - Tükürpədici detallar