Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu qurum ləğv edildi

Azərbaycanda bu qurum ləğv edildi

SON DƏQİQƏ

1570

08.02.2022, 18:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, Audiovizual Şura yaradılır.

Oxu24.com  xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanında öz əksini tapıb.

Audiovizual Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, MTRŞ-nin səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək MTRŞ-nin Aparatı fəaliyyətini davam etdirir.

Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təklifləriniMaliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində dövlət başçısına təqdim etməlidir.