Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub

Azərbaycana gətirilən Aİ-92 benzini gömrük rüsumundan azad olunub

SON DƏQİQƏ

331

01.02.2022, 11:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunur.

Oxu24.com  xəbər verir ki, bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Qərar iyunun 1-dək qüvvədə qalacaq.