Qaynar xətt:

(+99450) 247 90 86

İran ali rəhbərinin Azərbaycandakı nümayəndəsi ölkəmizi TƏRK ETDİ

İran ali rəhbərinin Azərbaycandakı nümayəndəsi ölkəmizi TƏRK ETDİ

SON DƏQİQƏ

3118

07.10.2021, 11:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat Azərbaycanı tərk edib.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən "BBC Azərbaycanca”ya bildirilib. Qeyd olunub ki, Ocaqnejat bir aydır ki, Tehrandadır.
Xatırladaq ki, oktyabrın 5-də polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür. Qeyd edək ki, Ocaqnejatın ofisi Hüseyniyyə məscidində yerləşir.