Qaynar xətt:

(+99450) 247 90 86

Təbii qazın  qiymətində rekord- 700% BAHALAŞMA

Təbii qazın  qiymətində rekord- 700% BAHALAŞMA

SON DƏQİQƏ

1101

06.10.2021, 22:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Qlobal səviyyədə təbii qazın qiymət artımının sürətlənməsi səngimir. İndi İngiltərədəki əsas qaz qiyməti 23% artımla rekord vurub. İngiltərədə təbii qaz fyuçerslərində hər bir kubmetrə 300 pennini keçərək yeni rekord formalaşdırıb.
Oktyabr ayında istiləşmə mövsümünün başlaması ilə, məhdud təklif artan tələbatı ödəmədiyi üçün qlobal təbii qaz bazarları sıxılmağa başlayıb.
Böyük Britaniya, böyük qaz anbarlarının olmaması və idxaldan asılılığı səbəbindən qiymətin daha kəskin artdığını hiss edir. Gələn ay Londondakı fyuçerslər 23% artaraq 301.26 penni olub. Son 12 ayda qiymətlər 700 % artıb. Müəllif:Aynur Qəniyeva