Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
2316
19.08.2021, 15:16
Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün şagirdlərin X sinfə qəbulu ilə bağlı məlumat yayıb.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsini bitirən və müvafiq təhsil sənədi (ümumi orta təhsil haqqında attestat, ümumi orta təhsil səviyyəsini xarici ölkədə bitirmiş şagirdlər üçün ümumi orta təhsil haqqında attestatın ekvivalenti hesab edilən təhsil sənədi) alan şagirdlər X sinfə qəbul edilə bilərlər.
Bildirilib ki, övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər 18 avqust 2021-ci il tarixinədək ümumi orta təhsil haqqında attestat əlavə olunmaqla məktəbin direktoruna ərizə ilə müraciət etməlidirlər.
Övladının ümumi orta təhsil səviyyəsini bitirdiyi məktəbdə deyil, digər məktəbdə X sinfə qəbul olunmasını istəyən valideynlər (qanuni nümayəndə) bu halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri məktəblərə sorğu verməlidirlər. Digər məktəbdən gələn şagirdin X sinfə qəbulu zamanı onun əvvəl oxuduğu məktəbdə öyrəndiyi xarici dil mütləq nəzərə alınır. Övladının digər xarici dil tədris olunan məktəbin X sinfinə qəbulu ilə bağlı valideynin proqram təminatındakı sorğusuna yaşadığı (köçdüyü) ərazidə şagirdin əvvəl öyrəndiyi xarici dil tədris edilən başqa tam orta məktəb olmadığı halda razılıq verilir.
Ümumi orta məktəbləri bitirən şagirdlərin valideynləri (qanuni nümayəndə) övladlarının tam orta təhsil səviyyəsi üzrə təhsilini davam etdirmək istədikləri halda 25 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə ( www.sy.edu.az) X sinfə qəbul üçün seçdikləri tam orta məktəblərə sorğu verməlidirlər.
Xarici ölkələrdə ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagirdlərin valideynləri övladlarının X sinfə qəbulu üçün 25 avqust 2021-ci il tarixindən etibarən 10 sentyabr 2021-ci il tarixinədək “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” alt sistemi vasitəsilə (sy.edu.az) seçdikləri məktəbə sorğu verə bilərlər.
10:56 / 11 Noyabr 2026
1
10:51 / 11 Noyabr 2026
24
10:48 / 11 Noyabr 2026
29
10:45 / 11 Noyabr 2026
39
10:33 / 11 Noyabr 2026
49
10:19 / 11 Noyabr 2026
63
10:13 / 11 Noyabr 2026
61
10:10 / 11 Noyabr 2026
71
10:10 / 11 Noyabr 2026
197
10:09 / 11 Noyabr 2026
113
09:56 / 11 Noyabr 2026
70
09:37 / 11 Noyabr 2026
754
09:35 / 11 Noyabr 2026
104
09:29 / 11 Noyabr 2026
85
09:25 / 11 Noyabr 2026
92
09:24 / 11 Noyabr 2026
80
09:22 / 11 Noyabr 2026
115
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
141
08:53 / 11 Noyabr 2026
499
01:50 / 11 Noyabr 2026
426
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.