Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1951
19.08.2021, 12:56
Cari il iyunun 23-də 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib:
"Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən ünvanda yerləşən binanın 9-cu mərtəbəsindəki mənzildə alçıpan vurulması işlərində fəhlə kimi işləyən İlham Həsənov çay içmək adı ilə binanın 12-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə ataraq intihar edib.
Mərhum İlham Həsənovun maddi, xidməti və s. cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, ləyaqəti alçaltma, hədə-qorxu gəlmə hallarına məruz qalması müəyyən olunmadığından araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.
Toplanmış material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə rayon prokuroru tərəfindən həmin qərar ləğv edilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir".
10:56 / 11 Noyabr 2026
1
10:51 / 11 Noyabr 2026
24
10:48 / 11 Noyabr 2026
29
10:45 / 11 Noyabr 2026
39
10:33 / 11 Noyabr 2026
49
10:19 / 11 Noyabr 2026
63
10:13 / 11 Noyabr 2026
61
10:10 / 11 Noyabr 2026
71
10:10 / 11 Noyabr 2026
197
10:09 / 11 Noyabr 2026
113
09:56 / 11 Noyabr 2026
70
09:37 / 11 Noyabr 2026
754
09:35 / 11 Noyabr 2026
104
09:29 / 11 Noyabr 2026
85
09:25 / 11 Noyabr 2026
92
09:24 / 11 Noyabr 2026
80
09:22 / 11 Noyabr 2026
115
09:20 / 11 Noyabr 2026
85
08:58 / 11 Noyabr 2026
141
08:53 / 11 Noyabr 2026
499
01:50 / 11 Noyabr 2026
426
01:00 / 11 Noyabr 2026
202
00:31 / 11 Noyabr 2026
285
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.