Qaynar xətt:

(+99450) 247 90 86

Son dəqiqə! Çavuşoğlu Rusiyaya gedir-Qarabağa görə

Son dəqiqə! Çavuşoğlu Rusiyaya gedir-Qarabağa görə

SON DƏQİQƏ

4984

28.12.2020, 16:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
“Sabah Soçidə rusiyalı həmkarım Sergey Lavrovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsini də müzakirə edəcəyik”.
Oxu24.com-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu kosovalı həmkarı ilə birgə mətbuat konfransında deyib. Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yaradılmasına dair memorandumun imzalandığını xatırladan nazir bildirib ki, Birgə Mərkəzin vəzifəsi və fəaliyyəti də müzakirə olunacaq.
Türkiyə XİN başçısının sözlərinə görə, Cənubi Qafqazda atəşkəs, sabitlik və davamlı sülh BMT, ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır. M. Çavuşoğlu qeyd edib ki, regional məsələlərdə, o cümlədən Suriya və Liviyada fərqli mövqelərdə olsalar da Rusiya ilə əməkdaşlıqları davam edir.