Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
6555
28.12.2020, 14:42
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə teleradio yayımını bərpa edəcək.
Nazirlikdən OXU24.COM-A verilən məlumata görə, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar.
Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tam dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.
Читать дальше
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunan rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür.
Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq.
Texniki hazırlıq işləri başa çatdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.
Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.
22:28 / 14 Noyabr 2026
25
22:19 / 14 Noyabr 2026
39
21:55 / 14 Noyabr 2026
73
21:32 / 14 Noyabr 2026
96
21:22 / 14 Noyabr 2026
121
21:11 / 14 Noyabr 2026
521
21:04 / 14 Noyabr 2026
518
21:02 / 14 Noyabr 2026
101
20:56 / 14 Noyabr 2026
328
20:50 / 14 Noyabr 2026
111
20:38 / 14 Noyabr 2026
110
20:23 / 14 Noyabr 2026
1089
19:54 / 14 Noyabr 2026
106
19:50 / 14 Noyabr 2026
108
19:36 / 14 Noyabr 2026
1723
19:15 / 14 Noyabr 2026
141
19:12 / 14 Noyabr 2026
137
19:05 / 14 Noyabr 2026
127
18:50 / 14 Noyabr 2026
137
18:43 / 14 Noyabr 2026
142
18:21 / 14 Noyabr 2026
944
18:09 / 14 Noyabr 2026
155
18:06 / 14 Noyabr 2026
590
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.