Qaynar xətt:

(+99450) 247 90 86

ŞOK HADİSƏ!  Sülhməramlılara hücum edildi: Ölənlər və yaralılar var

ŞOK HADİSƏ!  Sülhməramlılara hücum edildi: Ölənlər və yaralılar var

SON DƏQİQƏ

5785

26.12.2020, 10:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSCA) sülhməramlıları hücuma məruz qalıb.

Oxu24.com xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik adından yayılan bəyanatda bildirilib.

Qeyd olunub ki, Baş katib (BMT baş katibi Antoniu Quterriş - Red) bu gün naməlum yaraqlıların Mərkəzi Afrikanın milli müdafiə və təhlükəsizlik qüvvələrinə, eyni zamanda BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşdirmə üzrə çoxprofilli kompleks missiyasının sülhməramlılarına Dekoa və Bakumdə edilən hücumları qətiyyətlə pisləyir.

Bildirilib ki, Dekoada Burundidən olan üç sülhməramlı öldürülüb, ikisi yaralanıb.

Baş katib, ölkə rəhbərliyini bu hücumları araşdırmağa və günahkarları dərhal məsuliyyətə cəlb etməyə çağırıb.