Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
21772
24.12.2020, 22:47
Aralarında yüzlərlə azərbaycanlı vardı, üstəlik könüllü olaraq. Dekabrın 22-də türk ordusu şaxtalı dağlara doğru hərəkətə keçdi… İsti paltarsız, təminatsız, zəif silahlanmış formada. Azərbaycanlılar canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər. Lakin yanvarın 18-i tayı-bərabəri olmayan, tükürpədici faciə yaşandı. Ruslar tərəfindən mühasirəyə alınan 90 mindən çox mehmetcik soyuqdan bir-birinə sarılmış vəziyyətdə öldülər…
Rusiya İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci Dünya Müharibəsi dövründə Sarıqamış bölgəsində baş vermiş ən dəhşətli hərbi münaqişə..
Birinci Dünya Müharibəsi Türkiyənin düşdüyü çətin vəziyyətdən yararlanan Rusiya Osmanlıya müharibə elan etdi. Cənub-Şərqi Anadolunun azad olunması üçün Osmanlı dövləti yeni - 9-cu Qafqaz cəhbəsini yaratmalı oldu. Hərbi nazir Ənvər paşanın hazırladığı plana əsasən, Sarıkamışa iki istiqamətdən - Sarıkamış və “Allahu-əkbər” dağlarından hücum edərək, Qafqazda rus qoşunlarına zərbə endirməli idi. 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçdi.
Sarıkamış Türkiyənin Qars əyalətində yerləşən və o qədər də böyük olmayan bir qəsəbədir. Dağlıq ərazidə yerləşdiyindən buraların qışı çox şaxtalı keçir. 1915-ci il dekabrın 16-da "Turan fatehi", "Sarıqamış fatehi" olmaq arzusu ilə alışıb-yanan Osmanlı hərbi komandanı Ənvər paşa qışın həddən artıq soyuq olmasını, əsgərlərin isti paltar və ərzaqla yaxşı təmin olunmamasını nəzərə almadan Qafqazda hərbi əməliyyatların başlamasına əmr verir. Vəziyyət elə bir vaxta təsadüf edir ki, Osmanlı ordusuna ərzaq, döyüş sursatı və pal-paltar gətirən gəmiləri çar ordusu Qara dənizin sularında batırır. Vəziyyətin son dərəcə ağır olduğunu görən tədbirli və güclü sərkərdə istefada olan Hasan İzzət paşa tələbəsi, 34 yaşlı hərbi nazir Ənvər paşaya əl saxlamağı, bir az gözləməyi məsləhət görür: "Qara qışın ən sərt çağıdır. İndi hərəkət etmək gözgörəsi faciəyə getməkdir. Qış şiddətini azaltsın, yollar açılsın, biz də hazırlıqlarımızı bir az artıraq, ondan sonra düşmənə həddini bildirərik" deyir.
Lakin Ənvər paşa razılaşmır. Beləliklə, 1914-cü il dekabrın 21-də Şərq cəbhəsində əməliyyatlar başlayır və Ənvər paşa müəlliminə "dərhal hərəkətə keçib rus ordusunu məhv etməlisiniz!" əmrini verir. Sözlərinə laqeyd yanaşıldığını görən Hasan İzzət paşa savaşa girməkdən imtina edərək istefa verir. 125 minə yaxın əsgər və zabitdən ibarət isti paltarsız, təminatsız, zəif silahlanmış Türk ordusu dekabrın 22-də şaxtalı dağlara doğru hərəkətə başlayır. Onların arasında yüzlərlə azərbaycanlı könüllü də olur. Soydaşlarımız canı bir, qanı bir qardaşlarına köməyə getmişdilər.
Türkiyə ordusunun hədəfi rusları Sarıkamışda mühasirəyə almaq idi.1915-ci il yanvarın 18-i… Yaşam dövründə zəfərləri qədər faciləri də çox olan Osmanlı dövləti tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazır. Sarıkamışa doğru hərəkət edən 90 mindən çox mehmetcik donub şaxtalı çöllərdə buz adamlara çevrilir... Soyuqdan bir-birinə sarılan Türk əsgərəri elə bu vəziyyətdəcə ölürlər. Türk qanına susamış işğalçı yadellilər bu savaşda bir güllə atmadan belə, istəklərinə nail olurlar.
Sarıkamışdakı rus ordu generalı Pietroviç xatirələrində bu mənzərədən dəhşətə gəldiyini yazıb. Tədqiqatçılar yazır ki, rus generalının üzə çıxarılan məktub və xatirələri tük ürpədir, ürək göynədir. Pietroviç Moskvaya göndərdiyi teleqramda yazıb: "Onları təslim ala bilmədim, çünki əsir alınası heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular".
Sarıkamışı azad edəcək ordu komandanı Hafiz Hakkı paşa da Ənvər paşaya göndərdiyi teleqramda yazırdı: "Bitti, paşam, ordumuzun küllisi məhv oldu".
Tarixin Sarıkamış uğursuzluğundan sonra Türkiyənin Şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə rus və ermənilərin kütləvi qırğınına məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Mus rus ordusu və erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər türk-müsəlman kəndlərinə hücum edərək, əhalini qılıncdan keçirdilər.
Sarıkamış məğlubiyyəti Türkiyə ilə bərabər Azərbaycanın da məğlubiyyətinə səbəb oldu. Bu uğursuzluqdan güclənən erməni terrorçuları Azərbaycana üz tutdular, ölkəmizi kənd-kənd, oba-oba yandırıb külə döndərdilər. Ən dəhşətlisi isə budur ki, işğal olunmuş türk torpaqlarında, Anadolunun Şərqində Ermənistan dövləti yaratdılar. Sarıqamış savaşında əsir götürülən minlərlə türk əsgərini Rusiya Cənubi Qafqaza – Azərbaycana gətirərək o vaxt Xəzər dənizindəki "cəhənnəm adası" adlandırılan Nargində yerləşdirdi.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.