Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Operativ Qərərgah məlumat yaydı

SON DƏQİQƏ! Operativ Qərərgah məlumat yaydı

SON DƏQİQƏ

1736

24.12.2020, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Oxu24.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, ötən müddət ərzində isə ümumilikdə 2 115 991 test aparılıb.