Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Abşeronda etiraz aksiyası keçirilib

SON DƏQİQƏ! Abşeronda etiraz aksiyası keçirilib

SON DƏQİQƏ

3744

24.12.2020, 15:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Abşeron rayonu, Masazır qəsəbəsinin bir qrup sakini etiraz aksiyası keçirib.
BAXAR.AZ-a danışan aksiya iştirakçısı bildirib ki, artıq səbrlərinin həddi tükənir. Onlar İradə Gülməmmədovanın qəbuluna düşə bilmirlər: "Bu gün səhər saatlarında yola toplaşdıq, Kanal13-ün əməkdaşı dərdimizi dinlədi. Yığılmışıq boğaza, neçə illərdir yollarımızın bərbad gündə olması səbəbindən aidiyyatı qurumlara müraciət edirik, amma bir əncam çəkən yoxdur. İcra başçısı İradə Gülməmmədovanı tapa bilmirik, qəbuluna nə vaxt getsək, qapıdan bizi geri göndərirlər ki, İradə xanım yoxdur burada. İş görmürsə, onu niyə təyin ediblər ora? Dövlət Təhlükəsizlik Xidməti kaş bunu da tutardı, canımız qurtarardı. İllərdir əziyyət çəkirik, işə gedə bilmirik, təcili tibbi yardım, taksi gəlmir bu yollara. Nə edək biz? Müharibədə balalarımız döyüşdü, kasıbın övladı döyüşdü. İndi də gəlib kasıbın problemini həll etsinlər!"
Qeyd edək ki, saat 10:00-da başlayan aksiya 11:00-da yekunlaşıb və insidentsiz başa çatıb.