Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
4039
22.12.2020, 18:42
“Təxminən 40 ailə artıq Kiçik Qaladərəsinə qayıdıb və hətta uşaqlar həyətlərdə oynayırlar...”
“Qarabağdakı Mets Şen və Xin Şen erməni kəndlərinə gedən yol təhlükəsizdir. Artıq Şuşa rayonunun hər iki kəndində Rusiya sülhməramlıları və onlarla birlikdə erməni qoşunları və könüllü dəstələr yerləşiblər”.
Moderator.az xəbər verir ki, işğalçı Ermənistan mediasında yayılan məlumata görə, bu haqda Paşinyanın “Mənim addımım” fraksiyasından olan erməni deputat Sofiya Ofsepyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
S.Ofsepyan bu günlərdə həmkarları Nazeli Baqdasaryan ilə birlikdə qanunsuz olaraq Azərbaycanın tarixi-hüquqi ərazilərində işgüzar səfərdə olub.
“Yerli sakinlərin sözlərinə görə, təxminən 40 ailə artıq Xin Şenə(Kiçik Qaladərəsinə-S.L.) qayıdıb və hətta uşaqlar həyətlərdə oynayırlar. Kəndin sonunda burada təhlükəsizliyin təmin olunduğuna əmin edən sülhməramlıların blok-postu var.
Sakinlər kənd təsərrüfatı işləri ilə məşğul olmurlar, çünki ərazidə artıq qar var. Ancaq təhlükəsizlik məsələsinə gəldikdə, bu artıq təmin edilmişdir"- deyə S.Ofsepyan bildirib.
“Bu yaxınlarda Xin Şenə gedən yolun üzərində yerləşən Mets Şen(Böyük Qaladərəsi-S.L.) kəndində yoldan keçən bir qrup Azərbaycan əsgəri peyda olub. Ancaq rus sülhməramlıları, erməni hərbçiləri və könüllüləri də artıq ora gəliblər. İndi Mets Şendə Rusiya olmasa da, erməni postlarının yaradılması üçün danışıqlar aparılır. Rus sülhməramlılarının Berdzor(Laçın) şəhərindən və Axavno(Zabux-S.L.) kəndindən (Gorusdan Qarabağa gedən yolda) hansı məsafədə duracaqları məsələləri də müzakirə olunur.
Vəziyyət nəzarət altındadır, lakin sayıqlığımızı itirməməliyik. Bəzi söz-söhbətlər şişirdilir. Məsələn, bizə Mets Şen və Xin Şenə gedən şossedən çıxmamağımızı tövsiyə etdilər. Ancaq biz kəndlərə çətinlik çəkmədən getdik. Buna görə panikaya ehtiyac yoxdur, amma sayıqlığı da itirə bilmərik" -deyə erməni deputat əlavə edib...
Xatırladaq ki, bir neçə həftədir ki, ermənilər Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin azərbaycanlılar tərəfindən mühasirəyə alınması, kəndlərdəki ermənilərin evləri tərk edərək Ermənistana köçdüyünü bildirib.
Mənbə: moderator.az
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.