Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1315
21.12.2020, 16:20
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəbəkə üzvləri ifşa ediliblər.
Tədbir zamanı müəyyən edilib ki, “24 Taxı” şirkətinin müdir müavini Yaqub Qafarov tanışları Roman Novruzov, Pərvin Rəhimli, Natiq Qubadov və Natiq Rzayevlə birlikdə qanunsuz yollarla vətəndaşları icazə portalından qeydiyyatdan keçiriblər.
Bunun üçün R.Novruzov, P.Rəhimli, N.Qubadov və N.Rzayev onlara karantin zamanı sərbəst hərəkət etmək üçün müraciət edən şəxslərin sənədlərini toplayaraq Y.Qafarova təqdim ediblər. Sonuncu isə öz növbəsində 150 manat müqabilində həmin şəxsləri rəhbərliyində təmsil olunduğu şirkətdə kuryer, sürücü kuryer və taksi sürücüsü kimi qeydiyyatdan keçirib. Bu yolla şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün 60-a yaxın vətəndaşın hər birindən 150 manat almaqla onları onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.
Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən şirkətin ofisinə baxış zamanı eyni məqsədlər üçün hazırlanmış saxta arayışlar, bank kartları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb. Həmçinin bu şəxslərin sosial şəbəkələrdə öz aralarında danışıqları araşdırılan zaman da dəstə üzvlərinin etdikləri qanunsuz əməllər bir daha öz təsdiqini tapıb.
Qeyd edilən faktlarla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşların nəzərinə çatdırır ki, operativ qərargahın müəyyən etdiyi qadağalara və məhdudiyyətlərə, həmçinin karantin rejiminin təmin olunmasına cəlb edilmiş polis əməkdaşlarının və hərbi qulluqçuların qanuni tələblərinə əməl etməyən şəxslər haqqında ciddi hüquqi məsuliyyət tədbirləri görülür. Tətbiq edilən bütün məhdudiyyətlər hər bir vətəndaşın sağlamlığının qorunması məqsədi ilə həyata keçirilir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.