Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiya-Azərbaycan sərhədi bağlandı

SON DƏQİQƏ! Rusiya-Azərbaycan sərhədi bağlandı

SON DƏQİQƏ

1960

18.12.2020, 19:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yeni qərar qəbul edilib.

"Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2021-ci ilin mart ayının 1-dək bağlı olacaq"

Bu barədə  Oxu24.com-a  Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

"Qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir", - məlumatda deyilir.