Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Türkiyə və Azərbaycan mühüm memorandum  imzaladı

SON DƏQİQƏ! Türkiyə və Azərbaycan mühüm memorandum  imzaladı

SON DƏQİQƏ

4885

15.12.2020, 19:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ankarada "Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair anlaşma memorandumu" imzalanıb.

Oxu24.com  xəbər verir ki, sənəd Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz tərəfindən imzalanıb.

Hər iki nazir Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dinamikasından, həmçinin energetika sahəsində əməkdaşlığın böyük nəticələrindən, imzalanan sənədin tarixi əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “BOTAŞ” şirkəti həyata keçirəcək. Kəmərin uzunluğu 85 km, illik nəqletmə gücü isə 500 mln. kubmetr təşkil edəcək.

Türkiyə-Naxçıvan kəmərinə qaz TANAP-dan ötürüləcək.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.