Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1954
14.12.2020, 22:30
İranın Ənzəli limanından Ermənistana silah və hərbi ləvazimatlarla dolu rus hərbi "Kamaz"larının göndərilməsinə yenidən start verilib.
Oxu24.com xəbər verir ki, Etibarlı mənbələrin GünAz TV-yə verdiyi məlumatına görə, Xəzər dənizi vasitəsilə Rusiyadan Ənzəli limanına göndərilən bu "Kamaz"ları İran rejimi Nurduz gömrük buraxılış məntəqəsi vasitəsilə Ermənistana təhvil vermək üçün Culfa şəhərinə yola salır. Yük maşınlarının içərisində silah və hərbi ləvazimatların olduğu deyilir.
Ötən günlər ərzində iranlı rəsmilərin əksəriyyəti Ərdoğanın Araz şerini oxumasına verdikləri reaksiyada Tehran hökumətini Ermənistana hər cür dəstək verməyə çağırıblar. Dünən isə İran Milli Məclisinin plenar iclasında çıxış edən deputat Mahmud Əhmədi Biğəş Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu sözlər səsləndirməklə yanaşı, Azərbaycan Respublikasını "İranın tarixi əraziləri" adlandırıb və Tehran rejimini çəkinmədən Ermənistana hər cür dəstək göstərməyə çağırıb.
Qeyd etmək lazımdır ki, Qarabağda gedən Vətən müharibəsi zamanı İran dayanmadan Ermənistana hərbi logistik dəstək verirdi. Buna etiraz olaraq Güney Azərbaycanın əksər şəhərlərində dəfələrlə etiraz aksiyaları keçirilib. Həmin aksiyalar zamanı Tehran hökumətinin təhlükəsizlik qüvvələri 100-dən çox güney azərbaycanlını vəhşicəsinə döyərək həbs edib.


23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.