Ankarada səfirliyimiz qarşısında aksiya keçirildi
14 Oktyabr 2026, 00:30
Qaynar xətt:
(+99450) 247 90 86
SON DƏQİQƏ
1077
13.12.2020, 20:26
Ermənilər BU KƏNDLƏRİ də boşaldırlar...
Azərbaycanın müzəffər ordusunun 44 günlük savaşından sonra işğalçı Ermənistan hərtərəfli iflas durumuna düşməkdədir. On illərlə torpaqlarımızda qanunsuz məskunlaşmış "qaçqın" adlandırılan ermənilərdən əlavə, qəsbkar ölkənin öz ərazisində yaşayan ermənilər də gündən-günə daha da ağırlaşan həyat şəraitindən şikayətlənirlər.
Oxu24.com xəbər verir ki, Laçın və Qubadlı rayonlarıyla sərhəddə yerləşən Sünik mərzinin Xınzirək, Tex, Gorunzur və s. kəndlərinin sakinləri artıq çox sayda mal-qara saxlamaq imkanından məhrum olduqlarını bildirirlər. Buna səbəb kimi, 1990-cı illərdən bəri işğal altında saxladıqları Qubadlı, Cəbrayıl, Füzulinin boş, münbit və rahat otlaqlarının əllərindən çıxması göstərilir.
Bu haqda erməni müxbirə danışan Xınzirək kəndinin meri Ervand Malunts həyasızcasına adı çəkilən Azərbaycan ərazilərini "tarixi erməni torpaqları" adlandıraraq onların əldən çıxmasına təəssüflənir.
O, bildirir ki, indiyədək buradakı erməni kəndlilərin hər biri yüzlərlə iri və xırda buynuzlu heyvan saxlayaraq onları kənddən 15, 20, hətta 50 km uzaqlıqda Qubadlının, Cəbrayılın boş otlaqlarında yemləyirdilər. Azərbaycan ordusu sərhədləri bağladıqdan sonra isə onlar bundan məhrium olurlar.
Ona görə də hazırda heyvanları dəyər-dəyməzinə, 5-6 dəfə ucuz qiymətə satmağa məcbur olurlar. Çoxları işsizlik, dolanışıq ucbatından kənddən köçəməyə başlayıb. Qonşu Tex(Dığ) kəndində də oxşar durumdur. Kəndin sakinlərindən biri bildirib ki, indiyədək 50-60 min mal-qaranın saxlanıldığı kənddə hazırda yalnız 5-10 min heyvan qalıb.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.